Icma.az
close
up
RU
Tramp Qrenlandiya sevdası və ya türklərin Turan yolu... Elbəyi Həsənli yazır

Tramp Qrenlandiya sevdası və ya türklərin Turan yolu... Elbəyi Həsənli yazır

Icma.az bildirir, Mia.az portalına istinadən.

Donald Tramp Qrenlandiyanı ABŞ-a birləşdirmək ideyasını dostu Ronald Lauderdən alıb. Cənab Lauder 1944-cü ildə Nyu-Yorkda yəhudi ailəsində doğulub. Hazırda 4.5 milyard dollara sahibdir. Beynəlxalq Yəhudi konqresinin prezidenti kimi də fəaliyyət göstərir...
Əslində Qrenlandiyanın ABŞ-a birləşdirilməsi ideyası II Dünya müharibəsindən dərhal sonra ortaya çıxıb. Ağ Ev Qrenlandiyanı almaq üçün Danimarka krallığına 100 milyon dollar təklif edib. Krallıq bununla razılaşmayıb. Ancaq Danimarka krallığı ilə ABŞ arasında torpaq alış-satışı əvvəllər olub. Belə ki, 1917-ci ildə Amerika Karib dənizindəki Vircin Adalarını Danimarkadan pul müqabilində alıb. Elə o vaxtdan da ərazinin rəsmi adı belədir: Amerika Birləşmiş Ştatları Vircin Adaları...
Ümumiyyətlə, tarixdə ABŞ bir çox ölkədən pulla torpaq alıb. Məsələn, 1867-ci ildə Amerikanın Rusiya imperiyasından aldığı Alyaska kimi. Uzun müddət bu alış-verişə görə Amerika tərəfi ekspertlər tərəfindən tənqid olunub. Ancaq Alyaskada yeraltı sərvətlər ortaya çıxanda sonra məlum oldu ki, Rusiya Alyaskanı qəpik-quruşa satıb...
Daha öncə isə- 1803-cü ildə ABŞ Luiziananı Fransadan 15 milyon dollara alaraq ərazisini iki dəfə artırmışdı. Meksika-Amerika müharibəsi (1846–1848) nəticəsində Meksika öz ərazisinin yarıdan çoxunu, həmçinin Kaliforniya ərazisini itirdi...
Bir şeyi də deyim. Qrenlandiya dünyanın ən böyük adası olsa da orada cəmi 56 min nəfər yaşayır. Onlardan 90 faizi aborigen xalqdır. Təbii ki, Amerika istəsə Qrenlandiyanı Danimarka krallığıqarışıq satın ala bilər. Amerikanın bu baxımdan ciddi təcrübəsi var. Mən ona da əminəm ki, 41.5 milyon əhalisi olan Kanadanı da Amerikaya birləşdirmək mümkündür. Kanada da Amerika kimi bir ingilis dövlətidir. İngilis demişkən, Böyük Britaniya Donald Trampın Kanada, Qrenlandiya və Panama kanalı məsələsinə isti yanaşır. Həm siyasi dairələr, həm də media bu işə loyallıq nümayiş etdirir. Bu baxımdan Britaniyanın mövqeyi Donald Trampa etiraz edən Almaniya və Fransanın mövqeyindən ciddi şəkildə fərqlənir...
Düşünürəm ki, Donald Tramp Kanada, Qrenlandiya və Panama kanalı məsələsində uğur qazansa, az sonra Böyük Britaniya, Avstraliya və Yeni Zelandiya da Amerikaya birləşə bilərlər. Zatən bu ölkələr ingilis ölkələridir. Özünüqoruma instinkti bu ölkələri bir araya gəlməyə təhrik edir...
Bu arada isə yeni seçilmiş prezidentin böyük oğulu Donald Tramp (1977) Qrenlandiyada olub. Yerli sakinlərlə görüşüb...
Biz türklərin də Turan dövlətində birləşməsi, bütövləşməsi tarixi zürriyyətdir. Ya biz birləşib böyük olacağıq, ya da assimilyasiya olaraq tarixdən silinib gedəcəyik. Zamanın çağırışı belədir...
P.S. Fotoda oğul Donald Tramp Qrenlandiyada... 

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://mia.az
archiveBu xəbər 24 Yanvar 2025 01:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see204

Biləcəridə şəhid adına olan küçənin təmiri yekunlaşır VİDEO

03 İyun 2025 15:14see114

Çelsi Sançodan imtina etdi

03 İyun 2025 15:37see114

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see113

Yaxın gələcəkdə üçtərəfli danışıqlar olmayacaq

03 İyun 2025 15:47see113

Attestat üçün əlavə ödəniş tələb olunur? RƏSMİ

03 İyun 2025 15:21see113

Kılıçdaroğlu CHP sədrliyinə dönmək üçün hazırlıqlara başladı

03 İyun 2025 15:21see113

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see112

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see111

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

Anar Ələkbərov Yaponiyada Nazirlə görüş olub + FOTOLAR

03 İyun 2025 15:26see111

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see111

Fransa Azərbaycan sərhədində kəşfiyyat yuvası açdı Parisin Zəngəzur gedişi

03 İyun 2025 14:36see110

Deyirlər, Kölndə yenə bomba tapılıb...şəhər boşaldılır?...

03 İyun 2025 21:05see110

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see110

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see109

Trampın səbri tükəndi

03 İyun 2025 22:51see109

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see109

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see109

Cənubi Koreyanın yeni prezidenti Li Jae Myonq vəzifəsinin icrasına başlayıb YENİLƏNİB

04 İyun 2025 04:15see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri