Icma.az
close
up
RU
Tramp səbrini itirir, amma sanksiya qərarında tərəddüd edir Politico

Tramp səbrini itirir, amma sanksiya qərarında tərəddüd edir Politico

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə səbrinin tükəndiyi barədə xəbərdarlıq edib. Çərşənbə axşamı "Truth Social"da yazdığı yazıda o, açıq şəkildə bildirib ki, Putinin Ukrayna ilə bağlı ciddi sülh danışıqlarında iştirak etmək istəməməsi səbəbindən "odla oynayır".

Qaynarinfo-nun məlumatına görə, "Politico" rəsmilərə istinadən yazır ki, Tramp Putinin münaqişənin iddia edilən həllindən sonra onun münasibətləri "yenidən qurmaq" cəhdinə məhəl qoymamasından məyus olub. Amma o, kursu dəyişmək və ya Moskvaya qarşı yeni sanksiyalar tətbiq etmək barədə hələ qərar verməyib.

Adının açıqlanmasını istəməyən administrasiya rəsmisi deyib: "Putin Trampın onun üçün tikdiyi qızıl körpünü yandırmağa təhlükəli dərəcədə yaxınlaşır".

Tramp bazar günü jurnalistlərə əlavə sanksiyaları "mütləq" nəzərdən keçirdiyini təsdiqləsə də, yekun qərar təxirə salınır. Sosial şəbəkələrdə o, həmçinin Putini "tamamilə dəli" adlandırıb.

ABŞ-ın Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker Trampın qəti addım atmaq şansına şübhə ilə yanaşır:

"Mən indi çox, çox şübhə ilə yanaşıram ki, Tramp nə vaxtsa Rusiyaya qarşı hər hansı ciddi sanksiya və ya tədbir görəcək. Onun bunu etmək üçün çoxlu imkanları olub və o, həmişə imtina edib".

Trampın Putin haqqında ritorikası tez-tez başqalarına qarşı ittihamlarla müşayiət olunur. Bazar günü o, Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ-ın keçmiş prezidenti Co Baydenin müharibədə qismən məsuliyyət daşıdığını bildirib. Eyni zamanda, avropalı müttəfiqlər də narahatdırlar ki, Tramp Moskvanı cəzalandırmadan sülh prosesindən uzaqlaşmaq qərarına gəlsə, onlar Ukraynaya öz dəstəyini gücləndirməli olacaqlar.

"Bizə elə gəlir ki, ruslar iki məsələni bir-birindən ayırmaq istəyirlər", deyən bir avropalı məmur Kremlin müharibəni daha geniş ABŞ-Rusiya münasibətlərindən ayırmaq cəhdinə toxunaraq bildirib.

Kapitol Hilldə respublikaçılar hərəkətə hazırlaşır. Senat ikipartiyalı sanksiya qanun layihəsini dəstəkləyir, lakin Ağ Evdən aydın siqnal gözləyir.

"Rusiya ciddi diplomatiya ilə məşğul olmazsa, Senat əlavə sanksiyaları nəzərdən keçirmək üçün administrasiya ilə işləyəcək", deyə çoxluq lideri Con Tun bildirib.

Onun həmkarı Con Barrasso da eyni dərəcədə qətiyyətlidir: "Rusiya süründürməçilikdə davam edərsə, Senat davamlı sülhə nail olmaq üçün qətiyyətlə hərəkət edəcək".

Səyləri administrasiya ilə əlaqələndirən senator Lindsi Qrem deyib ki, Senat müstəqil orqandır və Putini cavabdehləşdirməyə doğru irəliləyir. 

Bununla belə, Trampa yaxın ekspert Fred Fleitz hesab edir ki, Ağ Ev rəhbəri ehtiyatlı davranır: "Tramp bu problemi həll etmək üçün əlindən gələni edib". Lakin o, xəbərdarlıq edib: "Növbəti bir ay və ya altı həftə ərzində Tramp danışıqları başa çatdıra və sərt sanksiyalar tətbiq edə biləcəyi vaxt gələcək".

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 May 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri