Tramp Si Cinpini yola saldı: Görüşdən sonra nə baş verdi? KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpin arasında keçirilən görüş başa çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ağ Ev “X” sosial şəbəkə hesabında məlumat yayıb.
“Tramp Ağ Evdə keçirilən uğurlu görüşdən sonra Sədr Si Cinpinlə vidalaşıb. Bu axşam Sədr Si Cinpin dövlət qəbulunda iştirak etmək üçün yenidən Ağ Evə gələcək”, – deyə Ağ Evin məlumatında qeyd olunub.
İki dövlətin liderləri əvvəlcə təkbətək, daha sonra isə rəsmi şəxslərin iştirakı ilə geniş tərkibdə danışıqlar aparıblar.
Görüş başa çatdıqdan sonra Tramp Çin liderinə sentyabrın 21-də Ağ Evin Cənub çəmənliyində açılışı keçirilən yeni helikopter meydançasını nümayiş etdirib.
Onlar prezidentin yeni “VH-92A Patriot” helikopterinə daxil olublar. Daha sonra helikopterdən çıxaraq tərcüməçilərin iştirakı ilə bir neçə dəqiqə onun yanında söhbət ediblər.
Bundan sonra liderlər Ağ Evə qayıdıblar. Bir qədər sonra isə Donald Tramp Si Cinpini avtomobil karvanınadək müşayiət edərək onunla vidalaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 25 Sentyabr 2026 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















