Tramp Si Cinpinlə görüşdə “çox məhsuldar” mövzuları müzakirə etmək İSTƏYİR
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinin ABŞ-yə səfəri zamanı onunla bir sıra mühüm və “məhsuldar” məsələləri müzakirə etmək istədiyini bildirib. Si Cinpinin sentyabrın 24-də ABŞ-yə səfər edəcəyi daha əvvəl də açıqlanıb.
Redaktor.az xəbər verir ki, Tramp bu barədə danışarkən Çin liderinin səfərini səbirsizliklə gözlədiyini qeyd edib.
“Çin sədri 24 sentyabrda bizə gələcək. Bu, çox maraqlı olacaq. Onu görməyimizə şad olarıq. Müzakirə etməli olduğumuz çoxlu yaxşı mövzular var. Sədr Si ilə çox məhsuldar məsələləri müzakirə edəcəyik”, - deyə Ağ Ev rəhbəri bildirib.
Qeyd edək ki, Tramp və Si Cinpin may ayında Pekində görüşüblər. Həmin görüş zamanı tərəflər iqtisadi məsələlər də daxil olmaqla bir sıra mövzuları müzakirə edib və ABŞ lideri danışıqları “inanılmaz” adlandırıb.
Tramp iyul ayında da Si Cinpinin sentyabrın 24-də ABŞ-yə səfəri zamanı süni intellektin inkişafı məsələsini müzakirə etməyi planlaşdırdığını açıqlamışdı.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:184
Bu xəbər 02 Sentyabr 2026 22:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















