Icma.az
close
up
RU
Tramp süni intellektin inkişafı üzrə 500 milyard dollar dəyərində layihənin icrasının başlandığını elan edib AZƏRTAC

Tramp süni intellektin inkişafı üzrə 500 milyard dollar dəyərində layihənin icrasının başlandığını elan edib AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 22 yanvar, AZƏRTAC

“OpenAI” şirkətinin baş direktoru Sem Altman, “SoftBank”ın sədri Masayoşi Son və “Oracle”in qurucusu Larri Ellison Trampın “Stargate” layihəsinin istifadəyə verildiyini elan etdiyi mətbuat konfransının iştirakçıları arasında olublar.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Prezident Donald Tramp çərşənbə axşamı, yanvarın 21-də Yaponiya nəhəngi “SoftBank”, “Oracle” və “ChatGPT”nin yaradıcısı “OpenAI” şirkətinin rəhbərlik etdiyi süni intellektin inkişafı üçün infrastrukturun yaradılması üzrə iri investisiya layihəsini elan edib.

“Stargate” adlandırılan layihə “ABŞ-da süni intellekt infrastrukturuna ən azı 500 milyard dollar sərmayə qoyacaq”, -deyə Tramp Ağ evdə etdiyi çıxışda bildirib.

ABŞ Prezidenti ikinci müddət üçün andiçmə mərasimində qeyd edib: “Bu monumental layihə Amerikanın yeni Prezidentinin rəhbərlik potensialına inamın güclü ifadəsidir”.

Layihə böyük texnoloji şirkətlərin süni intellektin böyük hesablama tələblərini ödəmək və yeni texnologiyaların genişləndirilməsi üçün lazım olan elektrik enerjisini tapmaq üçün mübarizə apardıqları bir vaxta təsadüf edir.

Trump “Stargate”in kütləvi məlumat mərkəzlərinin qurulması da daxil olmaqla, süni intellektdə gələcək nəsil irəliləyişləri dəstəkləmək üçün fiziki və virtual infrastruktur yaradacağını deyib.

“SoftBank” və “OpenAI” şirkəti “Stargate”in aparıcı tərəfdaşlarıdır, onlardan birincisi maliyyə məsuliyyətinə, ikincisi isə əməliyyatlara cavabdehdir. Bəyanatda, həmçinin “Arm”, “Microsoft”, NVIDIA, “Oracle” və “OpenAI” şirkətlərinin başlanğıcda əsas texnoloji tərəfdaşlar olduğu deyilir.

“Texas ştatında tikinti işləri artıq başlayıb və biz yekun razılaşmalara əsaslanaraq ölkə daxilində əlavə kampuslar üçün potensial saytları qiymətləndiririk”, -deyə məlumatda qeyd olunub.

Texas sürətlə böyük texnologiya investisiyaları üçün Kaliforniyanın alternativinə çevrilir.

Ellison Ağ Evdə etdiyi qısa açıqlamada süni intellektin vəd etdiyi tibbi yeniliklərə, məsələn, qan testi vasitəsilə xərçəngin erkən aşkarlanmasına diqqət çəkib.

İnvestisiya ilə bağlı gözlənilən açıqlama, Trampın sələfi Co Baydenin güclü süni intellekt modelləri hazırlayan şirkətlərə nəzarəti tətbiq edən Sərəncamını ləğv etməsindən bir gün sonraya təsadüf edir.

Həmin mətbuat konfransında Tramp “X” sosial platformasının sahibi milyarder İlon Maskın Çin tətbiqi “TikTok”u satın almaq imkanını nəzərdən keçirməyə hazır olduğunu bildirib.

“O, “TikTok”u satın almaq istəsə, etiraz etməzdim” deyən Tramp, həmçinin milyarderin ABŞ-da qısa müddətə bloklanan, lakin sonradan Prezidentin sərəncamı ilə möhlət verilən video platformanı alması ilə bağlı hər hansı problemin olub-olmadığını soruşub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Yanvar 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri