Tramp suyun təzyiqi ilə bağlı sərəncam imzaladı: 15 dəqiqə duşun altında dayanmalı oluram
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp əvvəlki administrasiyalar tərəfindən duşda suyun təzyiqi ilə bağlı qoyulan məhdudiyyətləri aradan qaldıran sərəncam imzalayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Politico" nəşri yazıb.
Məlumata görə, bu addım duş qəbul edərkən su təzyiqinin zəifliyindən əziyyət çəkən amerikalıların uzun müddətdir davam edən problemini həll etmək məqsədi daşıyır.
Oval kabinetdə sərəncamı imzaladığı zaman Tramp şəxsi təcrübəsini bölüşüb.
"Saçlarım islanana qədər 15 dəqiqə duşun altında dayanmalı oluram. Duşdan damcı damcı su gəlir. Bu, gülməlidir", - deyə o bildirib.
Prezident, həmçinin qeyd edib ki, şampunu yaxalamaq üçün də çox vaxt sərf edir və bu da ona məşhur saç düzümünə lazımi qaydada qulluq etməkdə mane olur.
Donald Tramp ictimaiyyət qarşısında çıxışlarında dəfələrlə mövcud normalara görə saçları yumağın çətinliyi məsələsini gündəmə gətirib.
"Mən istəyirəm ki, saç düzümüm həmişə mükəmməl görünsün, lakin suyun zəif təzyiqi bu məsələni çox çətinləşdirir", - deyə prezident vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 10 Aprel 2025 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















