Tramp Türkiyəyə yola düşdü Video
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Görüşündə iştirak etmək üçün Türkiyəyə yola düşüb.
“Qafqazinfo” xəbər verir ki, Tramp Merilend ştatındakı Endryus Birləşmiş Hərbi Hava Bazasından “Air Force One” təyyarəsi ilə Ankaraya yola çıxıb.
NATO-nun iki gün davam edəcək sammitində alyansın 32 üzv ölkəsinin lideri bir araya gələcək.
ABŞ Prezidentinin proqramına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüş də daxildir. Beştəpədə keçirilməsi planlaşdırılan görüşdə Türkiyə-ABŞ münasibətləri, regional və beynəlxalq məsələlər, eləcə də, iki ölkə arasında əməkdaşlığın gündəmdə olan mövzularının müzakirə ediləcəyi gözlənilir.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya direktoru Burhanəddin Duran bildirib ki, Ərdoğan və Tramp görüş zamanı iki ölkə arasındakı münasibətləri bütün istiqamətlər üzrə nəzərdən keçirəcəklər.
NATO sammiti çərçivəsində Trampın digər müttəfiq ölkələrin liderləri ilə də bir sıra ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.
Baxış sayı:82
Bu xəbər 07 İyul 2026 08:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















