Tramp Ukrayna müharibəsi üzrə xüsusi elçi təyin edə bilər Riçard Qrenell kimdir? AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp keçmiş kəşfiyyat rəhbəri Riçard Qrenelli Ukraynadakı müharibə üzrə xüsusi elçi təyin edə bilər.
“AzPolitika” xəbər verir ki, bu barədə dörd məlumatlı mənbəyə istinadla “Reuters” agentliyi məlumat yayıb.
Trampın ilk dövründə Qrenell ABŞ-nin Almaniyadakı səfiri və Serbiya-Kosovo sülh danışıqlarında prezidentin xüsusi nümayəndəsi kimi fəaliyyət göstərib. 2024-cü ilin yayında Qrenell müharibəni dayandırmaq üçün Ukraynada “muxtar zonalar” yaradılması ideyasını müdafiə edib. O, həmçinin bildirib ki, Ukraynanın yaxın gələcəkdə NATO-ya daxil olmasını dəstəkləmir.
Hazırda Ukraynada müharibə üzrə xüsusi nümayəndə vəzifəsi mövcud deyil. Trampın seçki kampaniyasının sözçüsü Caroline Leavitt bu vəzifənin yaradılması və ya Qrenellin ona təyin olunması ilə bağlı şərh verməkdən imtina edib. Əvvəllər ABŞ dövlət katibi vəzifəsinə əsas namizəd hesab edilən Qrenell özü də “Reuters”-in suallarını cavablandırmayıb.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 23 Noyabr 2024 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















