Tramp Ukrayna üzrə sazişin konturlarının müəyyənləşdiyini açıqlayıb
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp onun rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Volodimir Zelenski ilə təmaslarının nəticəsi olaraq artıq Ukrayna üzrə gələcək sazişin konturlarının müəyyənləşdiyini açıqlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Amerika lideri Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən söyləyib.
“Bildiyiniz kimi, prezident Zelenski və prezident Putinlə çox yaxşı danışıqlar apardım, bu cənablarla çox yaxşı söhbət etdim. Düşünürəm ki, artıq sazişin konturları var. Ümid edirəm ki, sazişin konturları var”, – Tramp deyib.
O həmçinin bir daha təkrarlayıb ki, əgər o, 2022-ci ildə prezident olsaydı, Ukrayna münaqişəsi heç vaxt baş verməzdi, çünki ABŞ-nin o zaman “səriştəli prezidenti” yox idi.
“Düşünürəm ki, çox tezliklə Ukraynada tam atəşkəsə nail olacağıq, sonra isə saziş bağlayacağıq. İndi isə saziş, ərazilərin bölünməsi barədə danışıqlar aparılır. Bu danışıqlar hazırda davam edir”, – dövlət başçısı qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 21 Mart 2025 21:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















