Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Roma nın Raspadori planı

Tramp Ukraynanı niyə Ağ Evdən vurur : ABŞ ın iflası Rusiyaya yeni xilas pəncərəsi açır

Tramp Ukraynanı niyə Ağ Evdən vurur : ABŞ ın iflası Rusiyaya yeni xilas pəncərəsi açır

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-ın daxili siyasi sistemində dərin parçalanma həm Ukrayna savaşının inkişaf istiqamətlərinə, həm NATO-nun hərbi-siyasi effektivliyinə, həm də Qərbin qlobal strateji birliyinə neqativ təsir göstərir... Əgər, ABŞ öz ölkədaxili populist impulslarını cilovlaya bilməzsə, onda prezident Donald Trampın vəd etdiyi “nəhənglik” ABŞ-ın qlobal zəifliyi ilə əvəz olunacaq...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, ABŞ-da ölkədaxili siyasi-iqtisadi böhran dərinləşməkdə davam edir. Belə ki, Tramp administrasiyasının son davranışları və ABŞ-da kütləvi etiraz dalğası bu superdövlətdə həm siyasi-iqtisadi, həm də geopolitik sabitliyinin hazırda ciddi sınaqdan keçdiyini göstərir. Prezident Donald Trampın sosial şəbəkələrdən elan etdiyi son qərar — varlılar istisna olmaqla, bütün amerikalılara idxal tariflərindən toplanan vəsait hesabına 2000 dollarlıq ödəniş vədi Ağ Ev sahibinin siyasi-iqtisadi populizminin yeni mərhələsini ifadə edir.

Onu da qeyd etmək lazımdır ki, prezident Donald Trampın bu qərarı ilk baxışda sosial rifah məqsədi daşısa da, əslində, onun arxasında siyasi maraqlara hesablanmış populizm dayanır. Ağ Ev sahibinin “tariflərə qarşı çıxanlar axmaqdırlar” açıqlaması ABŞ siyasətində mərkəzdənqaçma meyillərinin artdığını və siyasi-iqtisadi qərarların ideoloji və şəxsi simpatiyalara əsaslandığını göstərir. Və bu davranışlar yalnız daxili siyasi-iqtisadi mexanizmləri deyil, həm də ABŞ-ın qlobal məkandakı mövqelərini də təhdid edir.

 Məsələ ondadır ki, prezident Donald Trampın siyasəti ilk prezidentlik dövründən başlayaraq, “Amerika həmişə birinci olmalıdır” şüarı ilə xarakterizə olunur. Bu siyasət mahiyyətcə, qlobalizasiyaya qarşı yönəlmiş siyasi-iqtisadi proteksionizm və anti-establishment populizmini birləşdirir. Populizmin bu forması siyasi cəhətdən səmərəli olsa da, ABŞ-ın institusional etibarlılığını zəiflədir. Ağ Ev sahibinin son addımı — idxal tariflərindən toplanan gəlirləri sosial ödənişlərə çevirmək qərarı siyasi-iqtisadi mexanizm baxımından, qeyri-realistdir.

Çünki ABŞ-ın 37 trilyon dollarlıq milli borcunun olduğunu nəzərə aldıqda, bu siyasət daha çox siyasi rəğbət qazanmaq üçün emosional təbliğat vasitəsi kimi görünür. Digər tərəfdən, prezident Donald Trampın son vaxtlar medianı da hədəfə alması ABŞ-da informasiya sahəsinin siyasi manipulyasiya predmetinə çevrildiyini göstərir. Ağ Evin mətbuat katibi Karolayn Levittin mətbuatı “Trampın çıxışını saxtalaşdırmaqda” ittiham etməsi ABŞ-da mətbuat azadlığı və siyasi etika məsələsini yenidən gündəmə gətirib. Və bu, liberal demokratiyanın əsas sütunlarından birinin — informasiya şəffaflığının zədələnməsi deməkdir.

Maraqlıdır ki, Tramp administrasiyasının Ukraynaya ABŞ 5 milyard dollarlıq silah tədarükünü müvəqqəti dayandırması məhz ölkədaxili siyasi xaosun xarici siyasətə də birbaşa təsir göstərməsinin bariz nümunəsidir. "Axios" nəşrinin yaydığı məlumata görə, bu addım “şatdaun” səbəbindən atılıb. Yəni, ABŞ Konqresində büdcə razılaşmazlığı nəticəsində dövlət maliyyələşməsi qismən dondurulub.

 Təbii ki, bu, qətiyyən texniki bir gecikmə deyil və ABŞ-ın strateji öhdəliklərinin icrasının iflic olması deməkdir. Ukrayna və NATO üzrə müttəfiqlər üçün bu, Ağ Evin etibarlılığını sarsıdan məqamdır. Çünki ABŞ-ın öz büdcə böhranı səbəbindən Ukraynaya yardım proqramlarını dayandırması Rusiya üçün geopolitik "fürsət pəncərəsi" yaradır. Tramp administrasiyasının populist siyasi-iqtisadi prioritetləri ilə dövlətin beynəlxalq öhdəlikləri arasında yaranan bu ziddiyyət ABŞ-ın qlobal hegemonluğunun sistematik şəkildə zəiflədiyini göstərir.

Onu da qeyd etmək lazımdır ki, Ukrayna prezidenti Volodimir Zelenskinin Qərb mətbuatına son açıqlamasında 27 “Patriot” sisteminin alınması zərurəti və ölkənin enerji infrastrukturuna qarşı Rusiyanin zərbələri barədə dedikləri ABŞ-ın dəstəyinin azalmasından qaynaqlanan real təhlükələri üzə çıxarır. Digər tərəfdən, Avropalı liderlər, xüsusilə Polşa baş naziri Donald Tusk bu məsələdə açıq danışır. Onun fikrincə, hazırda Ukraynanın məğlub olması üçün obyektiv səbəb yoxdur. Bu, əslində, Qərbin siyasi iradəsinin və koordinasiyasının zəifləməsinə yönəlik dolayısı xəbərdarlıqdır. Donald Tuskun sözləri onu göstərir ki, Avropa üçün təhlükə yalnız Rusiyanin hərbi gücü deyil, həm də ABŞ-da ölkədaxili qeyri-sabitlik və Tramp administrasiyasının qərarsız davranışlarıdır.

 Digər tərəfdən, ABŞ-da Tramp dövrünün əsas paradoksu ondan ibarətdir ki, onun “Amerikanı yenidən nəhəng etmək” şüarı əslində, ABŞ-ın qlobal liderliyinin sistemli şəkildə zəifləməsinə gətirib çıxarır. Populizm və proteksionizm qısa müddətli siyasi dəstək yaratsa da, uzunmüddətli perspektivdə ABŞ-ın beynəlxalq nüfuzunu zədələyir. Ölkədaxilində yeni siyasi-iqtisadi düzən qurmaq cəhdləri, xaricdə isə müttəfiqlərin etimadının azalması, Ağ Evi geopolitik paradoks ilə üz-üzə qoyur. Çünki bu ziddiyyətli proses Çin, Rusiya və Qlobal Cənub ölkələrinin maraqlarına daha çox xidmət edir. Və onlar ABŞ-ın bu zəifliyindən istifadə edərək, çoxqütblü beynəlxalq sistemin əsas aktorları kimi mövqelərini möhkəmləndirirlər.

Göründüyü kimi, prezident Donald Trampın iki min dollarlıq vədi, büdcə böhranı, onun mətbuatla gərgin münasibətləri və idxal tariflərinə əsaslanan iqtisadi ritorikası ABŞ-ın ölkədaxili siyasi sistemində dərin parçalanmanı və xarici siyasətində reaktivliyini biruzə verir. Bu, həm Ukrayna savaşının gələcək inkişaf istiqamətlərinə, həm NATO-nun hərbi-siyasi effektivliyinə, həm də Qərbin qlobal strateji birliyinə mənfi təsir göstərir. Və əgər, ABŞ öz ölkədaxili populist impulslarını cilovlaya bilməzsə, onda prezident Donald Trampın vəd etdiyi “nəhənglik” ABŞ-ın qlobal zəifliyi ilə əvəz olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Noyabr 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see267

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see259

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see191

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see163

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see153

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see143

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see143

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see138

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see137

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri