Icma.az
close
up
RU
ABŞ Rusiyaya niyə gömrük rüsumu tətbiq etməyib? Ağ Evdən yeni izahat

ABŞ Rusiyaya niyə gömrük rüsumu tətbiq etməyib? Ağ Evdən yeni izahat

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

“ABŞ Rusiyanı yeni rüsumların tətbiq olunacağı ölkələr siyahısına ona görə salmayıb ki, onunla Ukraynadakı müharibənin dayandırılması ilə bağlı danışıqlar aparır”.

«AzPolitika” xəbər verir ki, bunu Ağ evin Milli İqtisadi Şurasının direktoru Kevin Hassett "ABC News" telekanalının efirində bildirib.

"Aydındır ki, Rusiya və Ukrayna ilə danışıqlar aparılır. Məncə, prezident bu iki məsələni qarışdırmamaq qərarına gəlib. Bu, Rusiyaya digər ölkələrdən tam fərqli münasibət göstəriləcəyi demək deyil", – o, bildirib.

Bundan əvvəl ölkənin maliyyə naziri Skott Bessent "Fox News"a müsahibəsində deyib ki, ABŞ Rusiya məhsulları göndərilmədiyi üçün rüsum tətbiq olunmayıb. O əlavə edib ki, ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edir və bu da Moskva ilə ticarəti faktiki olaraq istisna edir.

2024-cü ildə Rusiya-ABŞ ticarət dövriyyəsi 3,5 milyard dollar təşkil edib. Bu, 1992-ci ildən bəri ən aşağı göstəricidir. 2021-ci ildə, Rusiyanın Ukraynaya tammiqyaslı hücumundan öncə isə bu rəqəm 35 milyard dollar idi. Amma Trampın tarifləri tətbiq etdiyi ölkələr və ərazilər siyahısında yaşayış olmayan Herd və Makdonald adaları da var. Dünya Bankının məlumatına görə, 2022-ci ildə ABŞ həmin ərazilərdən 1.4 milyon dollardan çox mal idxal edib.

Aprelin 2-də ABŞ prezidenti Donald Tramp ölkənin ticarət tərəfdaşlarının böyük əksəriyyətinə qarşı ticarət rüsumları açıqlayıb. Avropa İttifaqı ölkələrindən idxala 20 faizlik rüsum tətbiq olunub. Böyük Britaniya üçün 10 faiz, bir sıra ölkələr üçün 40 və daha yüksək faizlik rüsum nəzərdə tutulub.

Çin Maliyyə Nazirliyi cavab olaraq bütün Amerika mallarına əlavə 34 faiz rüsum və bəzi nadir torpaq metallarının ixracına məhdudiyyətlər açıqlayıb.

Aİ cavab tədbirlərinin hazırlandığını bəyan edib. Avropa Komissiyasının rəhbəri Ursula fon Der Lyayenin sözlərinə görə, ABŞ prezidentinin qərarı bütün dünyada biznes və istehlakçılara zərbə olacaq.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Aprel 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri