Icma.az
close
up
RU
Tramp və Ərdoğan arasında strateji anlaşma: ABŞ və Türkiyə yeni qlobal güc mərkəzi qurur

Tramp və Ərdoğan arasında strateji anlaşma: ABŞ və Türkiyə yeni qlobal güc mərkəzi qurur

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağ Ev sahibi Donald Tramp Türkiyəyə ABŞ-ın ən etibarlı və vazkeçilməz müttəfiqi kimi yanaşır, üstəlik, prezident Rəcəb Tayyib Ərdoğanı da anlaşa biləcəyi çox azsaylı dünya liderlərindən biri hesab edir... ABŞ artıq Türkiyənin Suriyadakı milli təhlükəsizlik maraqlarına problem yaratmaq niyyətində deyil, Ağ Ev PKK/YPG terror təşkilatının gələcək taleyi barədə veriləcək qərarı da rəsmi Ankaranın öhdəsinə buraxır...

Suriya böhranının nizamlanması prosesi artıq intensiv xarakter daşıyır. Bu problemin tam şəkildə həlli bütövlükdə Yaxın Şərq regionunun gələcək taleyi baxımından böyük əhəmiyyət daşıyır. Çünki Yaxın Şərqdə yeni düzənin məzmun və keyfiyyəti böyük ölçüdə məhz Suriyanın yenidən nevə bərpa ediləcəyindən birbaşa asıldır. Üstəlik, bu məsələ Yaxın Şərq regionunda geopolitik maraqları olan dövlətlər arasında kifayət qədər ciddi ziddiyyətlərə də yol açmaqdadır. Və bu ziddiyyətlər isə öz növbəsində geopolitik qarşıdurmalara da yol açmaqdadır.

Onu da qeyd etmək lazımdır ki, Suriyanın yenidən bərpa olunması prosesinə hazırda yalnız Türkiyə tam şəkildə dəstək verməkdədir. Yaxın Şərqdə geopolitik hədəfləri olan digər ölkələr isə bu prosesi mümkün qədər ləngitməyə, hətta mümkün olarsa, ümumiyyətlə, əngəlləməyə çalışırlar. Belə ki, bəzi nüfuzlu dövlətlər hesab edirlər ki, Suriyanın ərazi bütövlüyünün bərpa edilməsinə qətiyyən ehtiyac yoxdur. Əksinə, bu ölkənin yeni nüfuz dairələrinə, nəzarət zonalarına bölünməsi daha sərfəlidir. Və Türkiyə hazırda bütün bu təhıükəli planların müəlliflərinə təkbaşına müqavimət göstərməyə çalışır.

Məsələ ondadır ki, bir müddət öncə devrilmiş Əsəd rejiminin silahlı tör-töküntüləri Suriyanın müvəqqəti hökumətinə qarşı yenidən qiyam qaldırmışdılar. Əsas məqsəd məhz müvəqqəti hökuməti devirərək, Əsəd rejiminin bərpasına nail olmaqdan ibarətiydi. Ona görə də, Suriyada xüsusi maraqları və hərbi bazaları olan Rusiyanın bu qiyam cəhdində iştirakı olduğu ehtimal edilirdi. Üstəlik, Rusiyaya qaçmış devrilmiş prezident Bəşər Əsədin də Kreml tərəfindən Suriyaya təhvil verilməməsi belə şübhələri artırırdı. Və bu baxımdan, Kremlin Suriyanın bərpa prosesinə əngəl törətmək istəyən dövlətlərin sırasında yer aldığı da qətiyyən istisna deyil.

Maraqlıdır ki, Suriya kəşfiyyat orqanlarının Əsəd rejiminə bağlı ordu zabitləri tərəfindən planlaşdırılmış növbəti çevriliş cəhdinin qarşısını aldıqlarını bəyan ediblər. Suriya daxili işlər naziri Anas Xattab bildirib ki, təhlükəsizlik qüvvələrinin və xalqın qətiyyəti sayəsində bu təhlükənin qarşısını almaq mümkün olub. Belə anlaşılır ki, Rusiya Bəşər Əsədi Suriyaya təhvil vermədikcə, bu ölkədə sabitliyə qarşı həmişə təhdid olacaq. Və Kremlin bu faktordan Suriyanın müvəqqəti hökumətinə qarşı təzyiq faktoru kimi yararlanmaq niyyəti güddüyü də qətiyyən şübhə doğurmur.

Digər tərəfdən, ABŞ-ın Suriyadan öz hərbi bazalarını çıxartmaq niyyəti bu ölkənin gələcək taleyi baxımından, ən pozitiv yenilik hesab olunur. Belə ki, son məlumatlara görə, ABŞ ordusu Suriyanın şərqində yerləşən Deyr əz-Zor vilayətinin Konoko bölgəsindəki hərbi bazadan öz qoşunların çıxarılmasına artıq başlayıb. Ağ Evin bu qərarı ABŞ-ın regiondakı hərbi mövcudluğunu azaltmağa doğru atdığı çox əhəmiyyətli addım kimi qiymətləndirilir. Çünki Konoko enerji resursları ilə zəngin bir bölgədir və ABŞ hərbi kontingenti burada məhz PKK/YPG terror təşkilatı ilə birlikdə fəaliyyət göstərirdi.

Qərb mətbuatının iddialarına görə, ABŞ Yaxın Şərqdə hərbi gücünü artırmaq istiqamətində göstərdiyi cəhdlərə paralel olaraq, Suriyadakı qoşunlarının sayını təxminən iki dəfə azaltmağı planlaşdırır. Adının gizli qalmasını istəyən amerikalı rəsminin sözlərinə görə, Ağ Ev Suriyada ABŞ qoşunlarının sayını 2000 nəfərdən 1000 nəfərə endirmək niyyətindədir. Onun iddiasına görə, ABŞ bu prosesi ən uzağı iki ay ərzində yekunlaşdıracaq. Və bu barədə ABŞ təhlükəsizlik rəsmiləri İsrail xüsusi xidmət servislərini artıq məlumatlandırıblar.

Onu da qeyd etmək lazımdır ki, İsrail ABŞ qoşunlarının Suriyadan çıxarılmasına qarşı müqavimət göstərir. Bəzi məlumatlara görə, rəsmi Təl-Əviv Ağ Evi bu addımın yolverilməz olduğuna və ağır nəticələrə yol aça biləcəyinə inandırmağa çalışır. İsrailin əsas narahatlığı ABŞ-ın boşaltdığı Suriya ərazilərinə nəzarətin məhz Türkiyəyə keçə biləcəyi ilə bağlıdır. Və rəsmi Təl-Əviv Suriyada nəzarət balansının Türkiyənin xeyrinə dəyişə biləcəyi ilə bağlıdır.

Ancaq Ağ Ev hələlik rəsmi Təl-Əvivin bu narahatlığına pozitiv reaksiya verməyə tələsmir. Əksinə, Tramp administrasiyası Suriyanın Türkiyənin geopolitik nəzarəti altına verilməsinə qarşı olmadsığını açıq-aşkar qabardır. Hətta prezident Donald Tramp bir müddət öncə Suriyada Əsəd rejiminin devrilməsinin Türkiyənin intensiv fəaliyyəti sayəsində mümkün olduğunu vurğulamışdı. Və ona görə də, prezident Rəcəb Tayyib Ərdoğanla xüsusi münasibətlərinin mövcudluğunu qabardan Ağ Ev sahibi Türkiyənin Suriyadakı maraqlarına problem yaratmaq niyyətində olmadığına işarə etmişdi.

Eyni zamanda, Ağ Ev sahibi Donald Tramp hər kəsin rəsmi Ankara ilə münasibətlərdə məntiqli olmasının vacibliyini vurğulamaqla yanaşı, həm də İsrailin Türkiyə ilə mövcud problemlərini həll etməyə hazır olduğunu da bildirmişdi. Yəni, prezident Donald Tramp Türkiyəyə ABŞ-ın etibarlı və vazkeçilməz müttəfiqi kimi yanaşır. Üstəlik, Ağ Ev sahibi Türkiyə prezidentini anlaşa biləcəyi çox azsaylı dünya liderləri sırasına daxil edir. Və bu, o deməkdir ki, Tramp administrasiyası dönəmində Türkiyə-ABŞ münasibətləri ən yüksək səviyyəyə çataraq, yeni qlobal güc mərkəzinə çevrilə bilər.

Təbii ki, bütün bunlar Türkiyənin maraqları baxımından böyük əhəmiyyət daşıyır. Xüsusilə də, ABŞ qoşunlarının PKK/YPG terror təşkilatının sığındığı Suriya ərazilərini tərk etməsi Türkiyənin milli təhlükəsizlik maraqlarının təmin olunmasına münbit şərait yaradır. Belə ki, Bayden administrasiyasının himayə etdiyi PKK/YPG terror təşkilatı hazırda ABŞ-ın ənənəvi dəstəyindən məhrum qalmaqdadır. Yəni, rəsmi Ankara Suriyadakı “terror yuvaları” dağıtmaq, PKK/YPG terror təşkilatını tamamilə sıradan çıxartmaq şansı qazanır. Və bu, yalnız Suriya deyil, ümuniyyətlə, Yaxın Şərq üçün yeni situasiyanın yaranma ehtimalını da ciddi şəkildə artırır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 17 Aprel 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2009

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see230

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see188

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see153

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see148

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see140

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see137

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see136

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see135

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see126

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see122

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see122

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri