Icma.az
close
up
RU
Kənd müəllimlərinə illik 2000 manat verilməsi nəyə hesablanır? Ekspertdən AÇIQLAMA

Kənd müəllimlərinə illik 2000 manat verilməsi nəyə hesablanır? Ekspertdən AÇIQLAMA

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

"Gənc müəllimlərin kənd məktəblərinə cəlb olunması məqsədilə 2026-cı ildən onların əməkhaqqına əlavə ödənişlərin tətbiqi ölkənin təhsil sistemində sosial ədalət və regional balans prinsipinin möhkəmlənməsi baxımından strateji əhəmiyyət daşıyır. Dövlət bu məqsədlə gələn il 20,1 milyon manat vəsait ayırmaqla, həm gənc kadrların təhsildə qalmasını, həm də kənd yerlərində keyfiyyətli tədrisin təmin olunmasını prioritetləşdirir. Hər müəllim üçün illik 2000 manatlıq əlavə ödənişin verilməsi sosial stimullaşdırma mexanizminin gücləndirilməsi deməkdir".
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib
"Bu, orta hesabla aylıq 183,3 manat artım anlamına gəlir və kənd müəlliminin ümumi gəlirində təxminən 22–25 faiz yüksəliş yaradır. Hazırda orta aylıq maaş 850–920 manat arasındadırsa, yeni artımla bu göstərici 1100 manata qədər yüksələcək. Bu, Elm və Təhsil Nazirliyinin müəllim əməyinin maddi dəyərini artırmaq istiqamətində atdığı ardıcıl və məqsədyönlü addımların davamıdır.
“Təhsil haqqında” Qanunun 34-cü maddəsinə əsasən, “dövlət ucqar və az təminatlı ərazilərdə təhsil müəssisələrində işləyən pedaqoji işçilər üçün əlavə sosial və maddi təminat tədbirləri görür.” Bu norma uzun illər formal xarakter daşısa da, son illərdə nazirliyin siyasəti nəticəsində real icra səviyyəsinə qaldırılıb. Artıq H1 və H2 əlavələri, diaqnostik qiymətləndirmə nəticəsində artan maaşlar və indi tətbiq olunan illik 2000 manatlıq əlavə birlikdə göstərir ki, təhsil sahəsində dövlətin prioriteti müəllimin sosial rifahıdır. 2025-ci illə müqayisədə bu artım bütövlükdə 183,3 manatlıq aylıq fərq yaradır ki, bu da əvvəlki illərlə müqayisədə ən yüksək artım tempi hesab olunur".
O bildirib ki, statistik təhlillər bu təşəbbüsün zəruriliyini tam əsaslandırır:
"Hal-hazırda ümumtəhsil sistemində 158 minə yaxın müəllim çalışır və onların 35 faizi kənd yerlərində fəaliyyət göstərir. Lakin regionlarda 4500-ə qədər vakant yer qalmaqdadır. Bu yerlərin 80 faizindən çoxu ucqar və az əhalili kəndlərdədir. 2024-cü ildə keçirilən MİQ nəticələrinə əsasən, şəhər yerlərində hər vakant yerə orta hesabla 7,5 namizəd düşdüyü halda, kənd yerlərində bu rəqəm cəmi 1,4 nəfər olub. Bu, kənd təhsil sistemində kadr çatışmazlığının struktur səbəblərini açıq şəkildə göstərir. Gənc müəllimlər çox zaman maddi və sosial səbəblərə görə kənd məktəblərini seçmir, nəticədə ucqar bölgələrdə tədris keyfiyyəti aşağı səviyyədə qalır".
Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyi son illərdə bu problemi mərhələli şəkildə həll edir:
"2019-cu ildən etibarən kənd məktəblərində çalışan müəllimlər üçün müxtəlif sosial güzəştlər – yaşayış yerinə görə əlavə, H1 və H2 stimullaşdırma mexanizmləri, eləcə də yeni tətbiq olunacaq illik 2000 manatlıq ödəniş sistemi – bu sahədə davamlı siyasətin olduğunu sübut edir. Bu model beynəlxalq təcrübəyə də tam uyğundur. Məsələn, Estoniyada ucqar bölgələrdə çalışan müəllimlərə illik 1500–2000 avro əlavə ödəniş edilir, Türkiyədə “Kırsal Hizmet Tazminatı” ilə maaşın 20–25 faizi qədər bonus ödənilir, Cənubi Koreyada isə “Rural Teacher Support” proqramı çərçivəsində müəllimlərə həm pul, həm mənzil, həm də sosial xidmət dəstəyi göstərilir. Azərbaycan bu təcrübəni milli reallıqlara uyğunlaşdıraraq həm maliyyə, həm də sosial dəstək mexanizmlərini paralel tətbiq edir".
Ekspert deyib ki, müsbət tərəf odur ki, bu artım yalnız əməkhaqqı məsələsi deyil, həm də kənd təhsilinin keyfiyyətinə, şagird nailiyyətlərinə və regionların sosial inkişafına bilavasitə təsir göstərəcək:
"Müəllim təkcə dərs deyən şəxs deyil, həm də yerli icmanın intellektual dirəyidir. Gənc, enerjili və savadlı müəllimlərin kəndlərə cəlb olunması həmin bölgələrdə təhsil səviyyəsinin bərpasını, uşaq davamiyyətinin artmasını və sosial maariflənməni təmin edəcək. Həmçinin bu qərar gənc kadrların şəhərlərdə sıx toplanmasının qarşısını alacaq və təhsil sistemində kadr balansını qoruyacaq. Mənfi tərəf ondadır ki, hazırda bu əlavə yalnız 35 yaşadək gənc müəllimlər üçün nəzərdə tutulub. Halbuki bu məhdudiyyət sosial ədalət prinsipinə tam uyğun deyil. “Təhsil haqqında” Qanunun 5-ci maddəsində göstərilir ki, dövlət “təhsildə bərabər imkanlar və sosial ədalət” prinsipini təmin etməlidir. Əgər məqsəd kənddə kadr çatışmazlığını aradan qaldırmaqdırsa, bu stimul yaş amilindən asılı olmamalıdır. 36 və ya 40 yaşlı müəllim də eyni çətinliklərlə üzləşir, eyni məsuliyyət daşıyır və eyni sosial mühitdə fəaliyyət göstərir. Ona görə də bu yaş məhdudiyyətinin aradan qaldırılması təhsil siyasətinin həm effektivliyini, həm də ədalətliliyini artırar. Əlavə maliyyə yükü baxımından bu fərq böyük deyil, amma nəticə baxımından təsiri çoxdur: təcrübəli müəllimlərin kənddə qalma ehtimalı yüksələr, məktəblərdə sabitlik təmin olunar".
Ekspertin sözlərinə görə, bu mexanizmin tətbiqi nəticəsində gözlənilir ki, 2026-cı ildən başlayaraq kənd yerlərində vakant yerlərin sayı 3 il ərzində 60 faiz azalsın:
"2023-cü ildə 4500 vakant yer olduğu halda, bu siyasət nəticəsində 2028-ci ildə bu rəqəmin 1800-ə qədər enməsi proqnozlaşdırılır. Eyni zamanda, kənd məktəblərində çalışan müəllimlərin dövriyyə faizi də azalacaq. Hazırda gənc müəllimlərin 27 faizi ilk 3 il ərzində iş yerini dəyişir. Maliyyə və sosial dəstək tədbirləri bu rəqəmi 10 faiz səviyyəsinə endirə bilər.Elm və Təhsil Nazirliyinin bu təşəbbüsü həm sosial, həm pedaqoji, həm də iqtisadi baxımdan çox uğurlu və davamlı nəticələr vəd edir. Nazirlik son illərdə təhsil siyasətini sırf iqtisadi göstəricilərlə deyil, sosial motivasiyalarla tənzimləməyə başlayıb. Bu, dövlətin müəllimə olan münasibətində keyfiyyət dəyişikliyinin göstəricisidir. Müəllim artıq sistemin icraçısı deyil, strateji insan kapitalının formalaşmasında əsas həlqə kimi qiymətləndirilir.
O hesab edir ki, kənd məktəblərində işləyən müəllimlərə illik 2000 manat əlavə ödənilməsi təhsildə sosial ədalətin, regional inkişafın və kadr balansının təmin olunması baxımından mühüm və mütərəqqi addımdır:
"Elm və Təhsil Nazirliyinin bu təşəbbüsü pedaqoji fəaliyyətin nüfuzunu artırır, kənd məktəblərini cəlbedici iş yeri kimi formalaşdırır və təhsil bərabərliyinə real töhfə verir. Lakin uzunmüddətli effektivlik üçün yaş məhdudiyyətinin aradan qaldırılması, müəllimlərə infrastruktur, mənzil və peşəkar inkişaf imkanları baxımından əlavə dəstəyin göstərilməsi zəruridir. Bu islahat tam şəkildə həyata keçirilərsə, ölkə üzrə təhsildə sosial bərabərlik və keyfiyyət göstəriciləri yeni mərhələyə keçəcək, müəllim peşəsi isə həm maddi, həm də mənəvi baxımdan daha cəlbedici olacaq".
Əfsanə Kamal 
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:285
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Oktyabr 2025 21:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri