Tramp və Maykl Cekson necə yaxın dost olublar? Maraqlı faktlar FOTOLENT
Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
1980-ci illərin sonunda Tramp Ceksonla Atlantik Sitidə “Tac Mahal” kazinosunun açılışında qonaq olarkən tanış olub.
Donald Tramp siyasi karyerasından xeyli əvvəl Maykl Ceksonla yaxın münasibət qurub, onun istedadına və xeyirxahlığına heyran qalıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bu barədə yazıçı Mayk Smolkomb özünün “Making Michael” kitabında qeyd edib.
1980-ci illərin sonunda Tramp Ceksonla Atlantik-Sitidə “Tac-Mahal” kazinosunun açılışında qonaq olarkən tanış olub. 90-cı illərin əvvəllərində onların əlaqəsi, xüsusən də Cekson Nyu-Yorka köçdükdən sonra güclənib.
Tramp Ceksonla tez-tez biznesi müzakirə etdiyini xatırlayaraq, onun heyrətamiz sahibkarlıq bacarıqlarını qeyd edib.
Tramp həmçinin Ceksonla yaxın şəxsi münasibət saxlayıb, onu və Liza Mari Preslini Mar-a-Laqoya dəvət edib və şam yeməyi verib. Maykl Trampın uşaqları, xüsusən də oğulları Erik və Donald ilə çox vaxt keçirib. Tramp Ceksonun uşaqları həqiqətən sevdiyinə inanıb və yersiz davranış ittihamlarından uzaq olub.
Smalkomb kitabında Trampın Ceksona necə hörmət etdiyini, onun bir sənətçi və şəxsiyyət kimi dahiliyinə heyran olduğunu təsvir edir. Trampın onda təkcə əfsanə deyil, həm də unikal intellektə malik xeyirxah və dərin insan gördüyünü vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 08 Noyabr 2024 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















