Tramp və Netanyahu İrana mümkün zərbə ilə bağlı razılığa gəliblər KİV
Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, bu barədə Hizbullah hərəkatına yaxınlığı ilə tanınan Livanın “Əl-Əxbar” qəzeti məlumat verib.
Nəşrin yazdığına görə, bu razılaşma Tramp və Netanyahunun Floridada keçirilən görüşü zamanı əldə edilib. Mənbələrin iddiasına əsasən, tərəflər Tehran nüvə proqramını tam dayandırmadığı və regionda İsrail və ABŞ tərəfindən “terrorçu qüvvələr” kimi dəyərləndirilən silahlı qruplara və siyasi strukturlara verdiyi dəstəyi dayandırmadığı təqdirdə, İrana zərbə endirilməsi ssenarisini razılaşdırıblar.
Məqalədə qeyd olunur ki, bu plan İranın nüvə sazişi üzrə danışıqlarda irəliləyişin olmaması, həmçinin İran və onun müttəfiqlərinin Yaxın Şərqdə davam edən fəallığı fonunda son vasitə kimi nəzərdən keçirilir. “Əl-Əxbar”ın versiyasına görə, Təl-Əviv və Vaşinqtonda hesab edirlər ki, təzyiqlərin artırılması Tehranın strategiyasını yenidən nəzərdən keçirməsinə səbəb ola bilər.
Bununla yanaşı, qəzet yazır ki, Səudiyyə Ərəbistanı gərginliyin qarşısını almaq məqsədilə İranla dolayı danışıqlarda vasitəçi kimi çıxış etmək üçün fəal cəhdlər göstərir. Nəşrin məlumatına əsasən, Ər-Riyad mümkün hərbi münaqişənin və ya İranda daxili sabitliyin pozulmasının genişmiqyaslı xaosa və qeyri-sabitliyin bütün Fars körfəzi regionuna və ümumilikdə Yaxın Şərqə yayılmasına gətirib çıxara biləcəyindən narahatdır.
Xəbərin yayımlandığı vaxta qədər ABŞ, İsrail, İran və Səudiyyə Ərəbistanının rəsmi nümayəndələri bu məlumatlara münasibət bildirməyiblər.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 05 Yanvar 2026 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















