Icma.az
close
up
RU
“Tramp və Putin fevralın sonuna qədər görüşə bilər“ “Bloomberg“

“Tramp və Putin fevralın sonuna qədər görüşə bilər“ “Bloomberg“

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Ukrayna bizim iştirakımız olmadan və bizim arxamızda bağlanmış heç bir razılaşmanı qəbul etməyəcək..."

ABŞ və Rusiya prezidentlərinin görüşü fevralın sonuna qədər Səudiyyə Ərəbistanında baş tuta bilər.

Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, gələn həftə Səudiyyə Ərəbistanında iki ölkənin yüksək səviyyəli nümayəndələri Vladimir Putin və Donald Trampın iştirak edəcəyi sammitə hazırlıq üçün görüşəcək. Sammitin əsas mövzusu Ukrayna müharibəsi olacaq.

Bundan öncə Tramp özü də ABŞ və Rusiyanın yüksək vəzifəli şəxslərinin iştirakı ilə Səudiyyə Ərəbistanında danışıqlar aparılacağını elan edib. O, eyni zamanda Ukrayna nümayəndələrinin də iştirak edə biləcəyini bildirib. 

"Bloomberg" yazır ki, onların iştirakı mümkün olsa da, agentliyin məlumatına görə, Kiyev hələlik görüşün hazırlıq detalları barədə məlumatlı deyil. Nəşrdə qeyd edildiyinə görə, Avropanın "əksər ölkələri" də bu məsələdən xəbərsizdir. Ağ Ev və Kreml nümayəndələri "Bloomberg"in bu məlumatına şərh verməyib.

Bununla belə, agentliyin "Reuters"ə istinadən verdiyi xəbərə görə, ABŞ Nümayəndələr Palatasının üzvü Maykl Makkol təsdiqləyib ki, gələn həftə amerikalı nümayəndə heyəti Səudiyyə Ərəbistanına səfər edəcək. Səfər həm Rusiya və Ukrayna rəsmilərinin iştirakı ilə danışıqlar, həm də Putin və Trampın görüşünün hazırlığı üçün nəzərdə tutulub.

Agentliyin məlumatına görə, Səudiyyə Ərəbistanı hakimiyyəti görüşün Ər-Riyadda keçirilməsinə razılıq verib və hazırlıq prosesində iştirak edir. Bu işə ölkənin milli təhlükəsizlik müşaviri Musaed əl-Ayban rəhbərlik edir.

Gözlənilir ki, ABŞ nümayəndə heyətinin tərkibinə milli təhlükəsizlik müşaviri Maykl Uolts və prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff daxil ola bilər.

"Politico" nəşri və konqresmen Makkol həmçinin ABŞ dövlət katibi Marko Rubionun da adını çəkir. Onun Səudiyyə Ərəbistanına səfəri gələn həftənin əvvəlində Yaxın Şərq ölkələrinə planlaşdırılmış səfərinin tərkib hissəsidir.

"Bloomberg"in məlumatına görə, Rusiya tərəfdən danışıqlarda Putinin müşaviri Yuri Uşakov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin və Putinə yaxınlığı ilə tanınan maliyyəçi Kirill Dmitriyev iştirak edə bilər.

Nəşr iddia edir ki, iki ölkə nümayəndələri Putin və Trampın görüş tarixini mart ayında başlayacaq müqəddəs Ramazan ayından öncə razılaşdırmağa çalışacaq.

Avropa İttifaqı və Ukrayna rəsmiləri Tramp və Putinin son telefon danışıqları və Ukrayna müharibəsinə həsr olunmuş görüşlə bağlı xəbərlərlə əlaqədar xəbərdarlıq edib ki, ABŞ və Rusiya arasında sürətlə əldə edilən "razılaşma" Ukrayna üçün əlverişsiz ola bilər. 

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, "Ukrayna bizim iştirakımız olmadan və bizim arxamızda bağlanmış heç bir razılaşmanı qəbul etməyəcək". Trampın xüsusi nümayəndəsi Kit Kelloq şənbə günü bəyan edib ki, Ukrayna mütləq danışıqlar masasında olmalıdır, lakin bu, Avropa İttifaqı üçün keçərli deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Fevral 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see349

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see280

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see267

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see266

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see264

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see255

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see254

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see253

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see250

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see247

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see235

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see233

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see226

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see224

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see222

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see219

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see201

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see198

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see196

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri