Icma.az
close
up
RU
“Tramp və Putinin Budapeşt görüşü təxirə salındı: Ağ Ev danışıqlara hələ hazır deyil“ “The Wall Street Journal“

“Tramp və Putinin Budapeşt görüşü təxirə salındı: Ağ Ev danışıqlara hələ hazır deyil“ “The Wall Street Journal“

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Mən mənasız görüş istəmirəm, vaxtımı boşa sərf etmək fikrində deyiləm..."

ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya lideri Vladimir Putinlə planlaşdırılan görüş hələlik baş tutmayacaq.

Moderator.az xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlər qarşısında bəyan edib. Məlumatı "Reuters" agentliyi yayıb.

Görüş sual altına düşdü

Tramp jurnalistlərə açıqlamasında "mən mənasız görüş istəmirəm, vaxtımı boşa sərf etmək fikrində deyiləm" deyərək, yekun qərarın hələ qəbul olunmadığını vurğulayıb.

O, qeyd edib ki, son aylarda müxtəlif beynəlxalq sazişlər imzalanıb, lakin Ukrayna məsələsində tərəflər hələ də ortaq mövqe tapmayıblar. Onun sözlərinə görə, "Ukraynada bir həftə ərzində itkilər 5-7 min əsgərə çatır və bu, danışıqlarda ciddi dəyişiklik tələb edir"

Prezident əlavə edib ki, Hindistanın baş naziri Narendra Modi ilə telefon danışığı zamanı o, Putinə qarşı sanksiyalara dəstək verdiyini və Rusiyadan neft alışını azaltdıqlarını təsdiqləyib.

Rusiya tərəfinin sərt mövqeyi

"The Wall Street Journal" yazır ki, ABŞ Dövlət katibi Marko Rubio ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında keçirilən telefon danışığı Vaşinqtona Kremlə dair aydın siqnal verib: Moskva kompromisə hazır deyil.

Amerikalı rəsmilərin sözlərinə görə, Lavrov açıq şəkildə bildirib ki, Rusiya istənilən sülh sazişinin Donbas üzərində tam nəzarətin tanınmasını nəzərdə tutmalıdır. Bu, Tramp administrasiyasında "reallıq yoxlaması" kimi qiymətləndirilib.

Rubio bu söhbətdən sonra Ağ Evə hesabat verərək bildirib ki, "növbəti Tramp-Putin sammitindən sülh baxımından nəticə gözləməyə əsas yoxdur".

Sammit dayandırıldı, Avropa tərəddüd içində

"Reuters" xəbər verir ki, Budapeştdə keçirilməsi planlaşdırılan görüş hazırda "fasilə rejimindədir". Məlumata görə, Lavrov və Rubionun görüşü də ləğv olunub. ABŞ rəsmiləri hesab edir ki, Moskvanın Ukraynada dərhal atəşkəsdən imtinası sammitin baş tutmasına mane olub.

Avropalı diplomatlar bildirib ki, Vaşinqton yalnız mövcud cəbhə xətti əsasında danışıqları qəbul edə bilər. "Ruslar çox şey istədilər və amerikalılar başa düşdülər ki, bu şərtlərlə Tрамп heç bir razılığa nail olmayacaq", - Avropa İttifaqından olan yüksək səviyyəli diplomat qeyd edib. Ağ Ev rəsmiləri isə bildirir ki, hər iki tərəf danışıqlara hələ hazır deyil. Buna baxmayaraq, Tramp gələcəkdə Putinə şəxsi görüş təklifini tam rədd etmir.

Sülh planı və növbəti addımlar

Eyni zamanda, ABŞ və Avropa ölkələri Ukraynanın iştirakı ilə 12 maddədən ibarət yeni sülh planı üzərində işləyir. Bu plan döyüşlərin hazırkı xətt üzrə dondurulmasını və beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsini nəzərdə tutur.

Moskva isə hələlik bu təşəbbüsü rədd edir. Rusiya rəhbərliyi Kiyevdən "ərazilərin təslimi müqabilində sülh" tələbini gündəmdə saxlayır. Trampın sözlərinə görə, "danışıqlar yalnız real irəliləyiş və qarşılıqlı hörmət əsasında mümkündür". Hazırda isə tərəflər arasında belə bir zəmin hələ formalaşmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Oktyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri