Tramp: Yaxın Şərq ölkələrinin liderlərini bir araya gətirməli və müharibəyə son qoymalıyıq
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Yaxın Şərq ölkələrinin liderlərini bir araya gətirməli və müharibəyə tez bir zamanda son qoyulmalıdır.
Yeniera.az xəbər verir ki, o bu barədə sentyabrın 23-də Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının Prezidenti və birinci xanım Melaniya Trampın adından BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar təşkil olunan rəsmi qəbulda deyib.
"Bu gün Yaxın Şərq ölkələrinin liderləri ilə gözəl bir görüş keçirdik. Onlar möhtəşəm insanlardır və mənim dostlarımdır. Biz onları bir araya gətirməli və həmin müharibəyə tez bir zamanda son qoymalıyıq. Bunu tez etmək istəyirik və məncə, biz həqiqətən yaxşı bir plan hazırlamışıq. Məncə, o, tez həyata keçirilə bilər", - D.Tramp vurğulayıb.
Qeyd edək ki, rəsmi qəbulda Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 24 Sentyabr 2025 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















