Tramp yenə hədələdi: “...əsl cəhənnəm olacaq!
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Fələstinin HƏMAS hərəkatına bir müddət öncə ünvanladığı hədələyici bəyanatını yenidən xatırladıb.
Modern.az xəbər verir ki, Florida ştatındakı Mar-a-Laqo malikanəsində noyabr seçkilərində qalib gəldikdən sonra ilk mətbuat konfransı keçirən Tramp girovların azad edilməsi tələbini yenidən dilə gətirib:
"Mən xəbərdarlıq etmişdim ki, girovlar andiçmə gününə kimi evdə olmasalar, əks halda əsl cəhənnəm olacaq".
Amerikanın yeni seçilmiş lideri həmçinin bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu ilə çox yaxşı telefon danışığı olub.
Amerika qoşunlarını Suriyadan çıxarmaq niyyətində olub-olmadığını soruşduqda, Tramp belə cavab verib: “Mən əsgərlərimizin öldürülməsini istəməzdim. Amma hər halda, düşünürəm ki, bu baş verəcək, çünki tərəflərdən biri artıq sıradan çıxıb”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 18 Dekabr 2024 09:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















