Icma.az
close
up
RU
Tramp yeni gömrük vergilərini açıqlayacaq “Qurtuluş Günü” olacaq

Tramp yeni gömrük vergilərini açıqlayacaq “Qurtuluş Günü” olacaq

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp bu gün bütün dünyaya qarşı yeni gömrük vergilərini elan edəcək.

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Vaşinqton, ABŞ-yə gömrük vergisi tətbiq edən bütün ölkələrə qarşılıqlı vergi tətbiq edəcəyini açıqlayıb. Prezident Trampın “Qurtuluş Günü” adlandırdığı bu gün, Ağ Evin Gül Bağçasında xüsusi tədbirlə qeyd olunacaq.


Trampın sözlərinə görə, yeni gömrük siyasəti ABŞ-ni xarici məhsullardan asılılıqdan xilas edəcək. O, ABŞ-nin son 50 ildə “soyulduğunu” iddia edərək, “Bizdən nə qədər rüsum alırlarsa, biz də onlardan o qədər alacağıq”, – deyə bildirib.

Ekspertlər yeni gömrük vergilərinin qlobal iqtisadiyyata ciddi təsir edəcəyini bildirirlər. Xüsusilə Avropa ölkələrinin bu qərardan böyük zərər görəcəyi gözlənilir. Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Avropa İttifaqının güclü cavab verəcəyini bəyan edib.


Digər tərəfdən, Çin, Cənubi Koreya və Yaponiya aralarındakı sərbəst ticarət əlaqələrini gücləndirmək barədə razılığa gəliblər. Braziliya Prezidenti Lula da Silva isə Trampın ticarət siyasətinə qarşı may ayında Rusiya və Çin liderləri ilə görüşəcəyini açıqlayıb.


İqtisadçılar bu qərarın qlobal ticarətə mənfi təsir edəcəyini bildirirlər. İngiltərənin Aston Universitetinin hesabatına görə, gömrük rüsumlarının artırılması qiymət artımına, azalan rəqabətə və tədarük zəncirində pozuntulara səbəb ola bilər.


ABŞ-nin ticarət müşaviri Peter Navarro gömrük rüsumlarının ABŞ-yə ildə 600 milyard dollar gəlir gətirəcəyini iddia etsə də, bəzi ekspertlər bu rəqəmin qeyri-real olduğunu bildirirlər.


Tramp administrasiyasının qərarlarının dünya iqtisadiyyatına necə təsir edəcəyi yaxın günlərdə daha aydın olacaq.


Bəsti Rəfizadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://sfera.az
archiveBu xəbər 02 Aprel 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri