Tramp: Yeni hakimiyyət qurulana qədər ABŞ Venesuelada qalacaq
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Amerika lideri Donald Tramp bəyan edib ki, ABŞ lazımi hakimiyyət keçidi həyata keçirilənə qədər Venesuelada qalacaq.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bunu Floridadakı Mar-a-Laqo iqamətgahında keçirdiyi mətbuat konfransında bildirib.
"Biz təhlükəsiz, düzgün və lazımi hakimiyyət keçidi mümkün olana qədər ölkəni idarə edəcəyik" , - sözlərindən sonra Tramp qeyd edib ki, Venesuelada Maduronun postunu istənilən adamın tutması risklidir. "Çünki bu halda hər şey eyni bitə bilər" , - Amerika lideri vurğulayıb.
İkinci hücum dalğasından bəhs edən Tramp bu həmlənin daha böyük olacağını istisna etməyib. O, həmçinin qeyd edib ki, Venesueladakı əməliyyata təyyarə və helikopterlər də cəlb olunub, hərbçilər arasında ölən olmayıb.
"Heç bir texnika itirilməyib, heç bir hərbçi öldürülməyib", - Tramp bildirib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 03 Yanvar 2026 21:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















