Tramp Zelenskidən bunu xahiş edib
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskidən Rusiyadakı neft emalı zavodlarına zərbələrin intensivliyini azaltmağı xahiş edib.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Tramp İllinoys ştatında jurnalistlərə açıqlamasında bildirib.
“Bu, maraqlı problemdir. Mən Prezident Zelenski ilə danışdım və ona neft emalı zavodlarına daha az zərbə endirməli olduğunu dedim”, - o söyləyib.
ABŞ liderinin sözlərinə görə, Zelenski bu xahişə müsbət cavab verib: “Zelenski “biz yəqin ki, belə də edəcəyik” dedi”.
Bununla belə, Tramp bu mövzuda söhbətin nə vaxt baş tutduğunu açıqlamayıb. Ağ Ev administrasiyasının rəhbəri dünyada dizel yanacağının çatışmazlığına Yaxın Şərqdəki hadisələrin deyil, məhz bu zərbələrin səbəb olduğunu qeyd edib.
Baxış sayı:108
Bu xəbər 28 Sentyabr 2026 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















