Icma.az
close
up
RU
Tramp Zelenskiyə, Zelenski isə Starmerə təşəkkür etdi The Telegraph

Tramp Zelenskiyə, Zelenski isə Starmerə təşəkkür etdi The Telegraph

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Böyük Britaniyanın baş naziri Kir Starmer Ukrayna prezidenti Volodimir Zelenskini ABŞ prezidenti Donald Trampa "zeytun budağı uzatmağa" inandırıb. Bu addım ötən həftə Oval kabinetdə baş verən açıq mübahisədən sonra atılıb.  

Qaynarinfo xəbər verir ki, bu barədə "The Telegraph" yazır.

"The Telegraph" yazır ki, çərşənbə axşamı Böyük Britaniyanın baş naziri telefonla Zelenski ilə danışaraq ona "sərt həqiqəti" çatdırıb və hansı mesajların Tramp üçün vacib olduğunu izah edib. Məqsəd danışıqların normal məcraya qayıtmasını təmin etmək olub.  

Bundan az sonra Ukrayna lideri X sosial şəbəkəsində geniş paylaşım edərək ABŞ prezidentinin "güclü liderliyini" tərifləyib, Trampın ölkəsinə göstərdiyi hərbi yardıma görə minnətdarlığını ifadə edib və Oval kabinetdəki mübahisənin "üzücü" olduğunu bildirib.  

Zelenski Tramp ilə "danışıq masasına oturmağa" və təbii sərvətlərlə bağlı razılaşma imzalamağa hazır olduğunu vurğulayıb. O, həmçinin dənizdə və havada atəşkəsi dəstəkləyəcəyini bəyan edib.  

Bu təklif Trampın Ukraynaya hərbi yardımı dayandırdığına dair xəbərlər yayıldıqdan cəmi 24 saat sonra irəli sürülüb. Bundan öncə, bazar ertəsi Starmer ABŞ prezidenti ilə telefon danışığı aparıb.  

The Telegraph hökumət mənbələrinə istinadən yazır ki, Böyük Britaniya və onun Avropadakı müttəfiqləri London sammitində Zelenskiyə göstərilən isti münasibətlərdən istifadə edərək, ona "sərt həqiqətləri" çatdırmaq istəyiblər.  

Böyük Britaniya hökuməti hesab edir ki, bu mübahisəyə son qoymaq zəruridir, lakin Vestminsterdə Zelenskinin paylaşımının yetərli olmayacağından narahatdırlar. Çünki Vaşinqtonun mövqeyi daha sərt istiqamətdə dəyişir.  

Xatırladaq ki, çərşənbə axşamı Tramp Konqresdə çıxışı zamanı Zelenskidən "əhəmiyyətli məktub" aldığını bildirib və bunun üçün ona təşəkkür edib.  

Zelenski isə çərşənbə axşamı danışıqdan sonra Kir Starmerin "bu çətin dövrdə göstərdiyi məsləhət və dəstəyə" görə minnətdarlığını ifadə edib.


Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Mart 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri