Icma.az
close
up
RU
Trampa AĞIR ZƏRBƏ: Proses artıq başladı, Türkiyə bu əraziyə qoşun yeridəcək KONKRET

Trampa AĞIR ZƏRBƏ: Proses artıq başladı, Türkiyə bu əraziyə qoşun yeridəcək KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

İkinci dəfə hakimiyyətə qayıdan ABŞ prezidenti Donald Tramp fərqli siyasət yürütmək niyyətindədir. Dünya nizamını dəyişməyə hesablanan bu siyasət əslində bir qədər təhlükəlidir. Amma ABŞ lideri yolundan dönmək fikrindən uzaqdır. Qrenlandiya, Kanada, Panamanın ardınca Trampın Qəzza ilə bağlı söylədikləri dünyada geniş əks-səda doğurub. Ekspertlər hesab edirlər ki, iki gün əvvəl Putinlə saat yarımlıq telefon danışığında bu məslələr də müzakirə olunub. Ümumiyyətlə, Trampın imperailist siyasəti dünyaya ağalıq etmək üçündür. Onsuz da dünyada söz sahibi olan ABŞ, bu siyasəti ilə nəyə nail olmaq istəyir?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran siyasi ekspert Əhəd Məmmədli bildirib ki, Donald Tramp özünü Yuli Sezar zənn edir:

“Hesab edir ki, rəhbəri olduğu dövləti də Roma imperiyası kimi idarə edəcək. Ona elə gəlir ki, fərqli xalqların taleyi ilə oynaya bilər. Gah Qəzzanı köçürür, gah da Ukraynanı bölür. Tipik imperialist siyasətdir və 21-ci əsrdə heç nə dəyişməyib. Dünya imperiyalara, müstəmləkələrə qayıdır. Amma bir məsələ var ki, 20-ci əsrin 2-ci yarısı və ya 21-ci əsrin əvvəlində olduğu kimi ABŞ dünyanın bir nömrəli derjavasıdır. Amma indi istədiyini edə bilməz. Qəzza əhalisini köçürtmək istəsə də, buna nail olmaq asan deyil. Qəzza camaatı tarix boyu düşmənlərlə mübarizə aparıb. Onların müqaviməti heç zaman sınmayıb. Əksinə onlara qarşı soyqırımı aparan dövlət sonda məcbur qalaraq danışığa getdi. İsrailin edə bilmədiyini indi Tramp həyata keçirtmək istəyir. Çox güman ki, bunu bacarmayacaqlar. Çünki qəzzalılar heç vaxt ərazilərini tərk etməyəcəklər. Axırıncı nəfərə qədər döyüşəcəklər”.

Politoloq əlavə edib ki, müsəlman dünyası son 100 ildə özünə gəlib. İtirdiyi mövqeləri yavaş-yavaş özünə qaytarmağa çalışır:

“Bu prosesin başında Türkiyə dayanır və Ankara mövqe ortaya qoyub. Hətta Türkiyə parlamentində keçmiş xarici işlər naziri Davudoğlu maraqlı bir mesaj da verib. Bildirib ki, Qəzza vaxtilə Osmanlının ərazisi olub və Fələstin dövləti qurulana qədər Qəzzanın Türkiyəyə verilməsini təklif edib. Bu proses artıq başlayıb. Çox güman ki, Qəzza zolağında Türkiyə qoşunları yerləşəcək. Proseslər buna doğru gedir. Putinə gəlincə, Rusiya bu məsələyə pis baxa bilər. Amma Putin özü də imperialistidir. Trampdan heç nəylə fərqlənmir. Tramp Qəzzanı işğal etməklə məşğuldursa, Putin də Ukraynanı dağıdır”.

Vəli Həsənoğlu,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 Fevral 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri