Trampa qarşı sui qəsd ittihamı: Təqsirkara ömürlük həbs istənilir
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Ədliyyə Nazirliyi 2024-cü ildə ABŞ prezidenti Donald Trampa sui-qəsd cəhdində təqsirli bilinən 59 yaşlı Rayan Uesli Ruta ömürlük həbs cəzası istəyib.
Turkustan.az xəbər verir ki, Rutun hökmünün oxunması üçün dinləmə fevralın 4-də keçiriləcək.
15 sentyabr 2024-cü il tarixində axşam saatlarında Trampın Floridada qaldığı yerin yaxınlığında silah səsləri eşidilib. Daha sonra yerli hüquq-mühafizə orqanları kolluqlarda AK-47 tapıldığını və bir şübhəlinin saxlanıldığını açıqlayıb.
Rut "odlu silah saxlamaq" və "seriya nömrəsi silinmiş odlu silah saxlamaq"da ittiham olunub.
Prezidentliyə əsas namizədə sui-qəsd cəhdində, zorakı cinayət törətmək niyyəti ilə odlu silah saxlamaqda, federal məmura hücum etməkdə, məhkum edilmiş cinayətkar kimi odlu silah və sursat saxlamaqda və seriya nömrəsi silinmiş odlu silah saxlamaqda da ittiham olunan Routh, günahsız olduğunu bildirdi və məhkəmədə özünü müdafiə etdi.
Lakin, 23 sentyabrda məhkəmə Rutu ona qarşı irəli sürülən bütün ittihamlar üzrə təqsirli bildi.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 17 Yanvar 2026 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















