Icma.az
close
up
RU
Trampa qarşı üsyan başladı Vəziyyət nəzarətdən çıxa bilər VİDEO

Trampa qarşı üsyan başladı Vəziyyət nəzarətdən çıxa bilər VİDEO

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Los-Ancelesdə miqrantların üsyanı geniş miqyas alıb və Trampın mövqeyini sarsıtmaq riski yaradır. Demokratlar prezidentin etirazları sərt şəkildə yatırmaq və ordu yeritmək qərarını kəskin tənqid ediblər. Kaliforniya ştatının qubernatoru Trampı məhkəməyə verməklə hədələyir və hərbi qüvvələrin geri çəkilməsini tələb edir.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, baş verənlər demokratlarla respublikaçılar arasında yeni qarşıdurma yaradıb.

Los-Anceles küçələrində baş verənlər artıq küçə döyüşlərini xatırladır. Yandırılan avtomobillərin sayı onlarladır. Vəziyyəti nəzarət altına almaq məqsədilə Trampın göstərişi ilə şəhərə daxil olan Milli Qvardiya əsgərləri etirazçı kütləyə tüstü bombaları və rezin güllələrlə müdaxilə edirlər. Hətta canlı efir üçün çalışan jurnalistlər belə döyülür.

Bəzən toqquşmalar əlbəyaxa davaya çevrilir. Bu, savaşların nəticəsi dağılmış küçələr və ABŞ-ın ən nüfuzlu şəhərlərindən biri olan Los-Ancelesin mərkəzində kilometrlərlə qırılan fasadlardır. Mübarizə artıq məmurlar arasında da gedir. Ştat rəsmiləri baş verən iğtişaşlarda birbaşa Donald Trampı və onun şəhərə hərbi qüvvələr yeritməsi qərarını günahlandırırlar. Bu, 1992-ci ildən bəri ilk belə haldır.

“Şəhərimizin küçələrində baş verən bu xaos ölkə administrasiyanın fəaliyyətinin nəticəsidir. Sakinlərin dinc şəkildə etiraz etməyə hüququ var. Ağ Evdəki məmurlar isə onların fikirlərini və hisslərini ifadə etməsinə qadağa qoya bilməz. Federal qoşunların göndərilməsi isə təhlükəli eskalasiyadır!” - deyə Los-Ancelesin meri Karen Bass bildirib.

22 qubernator bir anda Trampın qərarına qarşı çıxıb. Onların hamısı Demokrat Partiyasının üzvü - Trampın açıq rəqibləridir. Onlar prezidentin hər bir addımını tənqid edir. Görünür, məqsədləri onu cinayətkar kimi təqdim etmək, etirazçıları isə “dinc və günahsız” göstərməkdir.

“Şeriflə danışdım, o dedi ki, vəziyyət nəzarət altındadır. Amma hakimiyyət mitinq iştirakçılarını təqib edir. Prezident isə Milli Qvardiyanı yalnız bu dinc etirazlar xoşuna gəlmədiyi üçün göndərib”, - deyə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Nanette Barraqan bildirib.

Kamala Harris artıq bu proqramın ikinci bəndini həyata keçirməyə və etiraz lideri olmağa çalışıb. Keçmiş vitse-prezident uzun fasilədən sonra yenidən ictimaiyyət qarşısına çıxaraq ABŞ-ın qərbində baş verənlərə münasibət bildirib:

“Etiraz - ədalət uğrunda mübarizədə güclü vasitədir. Miqrant qonşularımızın müdafiəsi üçün keçirilən nümayişlər dinc xarakter daşıyır. Mən əsas hüquq və azadlıqlarımızı müdafiə edən milyonlarla amerikalını dəstəkləyirəm,” - deyə Harris vurğulayıb.

Gözlənilmədən Donald Trampa dəstək verənlərdən biri İlon Mask olub. Milyarder görünür, prezidentlə şəxsi savaşını dayandıraraq Kaliforniya qubernatoruna qarşı kəskin tənqidlər səsləndirib. ABŞ sərhəd xidmətinin rəhbəri Tom Homan da mübahisəyə qoşulub və qubernatoru həbslə hədələyib. Qubernator isə bu hədəyə istehza ilə cavab verib:

“Buyur, Tom, gəl və məni həbs et! Sən, əlbəttə, çox “sərt oğlansan”! Amma gəlin bu kasıb insanları, o cümlədən miqrantları, rahat buraxın,” - deyə Kaliforniya qubernatoru Gavin Newsom bildirib.

Ən maraqlısı budur ki, bütün bu hadisələri başladan miqrantlar əslində küçələrdə az görünür, onların əksəriyyəti xüsusi mərkəzlərdə hüquq-mühafizə orqanları tərəfindən blokadaya alınıb. Küçələrdə ağdərili əhali, yerli sakinlər var ki, onların çoxu seçkilərdə Trampa və onun proqramına qarşı səs veriblər.


Lalə,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 09 İyun 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri