Trampdan dünyaya sərt mesaj: “ABŞ a dəyən zərəri ödəyəcəksiniz”
Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazından keçən neftin daşınması fonunda digər ölkələrin ABŞ-a dəymiş zərəri kompensasiya etməli olacağını bildirib.
Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.
ABŞ Prezidenti qeyd edib ki, neft Hörmüz boğazından keçməyə davam edir və ABŞ-a heç bir yardım göstərməyən ölkələr İranla bağlı hərbi qarşıdurma başa çatdıqdan sonra ABŞ-ın çəkdiyi zərəri ödəməli olacaqlar.
“Neft Hörmüz boğazından keçir. Bizə heç bir kömək etməyən dünya ölkələri bu məsələ başa çatdıqdan sonra ABŞ-a dəyən zərəri ödəməli və mütləq ödəyəcəklər”, – Tramp yazıb.
O, ABŞ-ın digər ölkələr üçün özündən daha çox iş gördüyünü də vurğulayıb.
“Biz bunu özümüz üçün etdiyimizdən daha çox başqaları üçün edirik və bu, nəsillər boyu belə olub!” – ABŞ Prezidenti qeyd edib.
Tramp neft qiymətlərindən də danışdı
Tramp başqa paylaşımında ABŞ-da qiymətlərin artmasına görə məsuliyyətin onun administrasiyasında olmadığını bildirib.
“Ümid edirəm, hamı başa düşür ki, bütün Amerikada qiymətlərin artmasına ‘Tramp’ deyil, yuxulu Co Bayden və Bayden administrasiyası səbəb olub”, – Tramp bildirib.
O, Bayden dövründə neft qiymətlərinin hazırkı göstəricilərdən daha yüksək olduğunu iddia edib.
Tramp həmçinin ABŞ-ın İranın nüvə silahına sahib olmasının qarşısını aldığını bildirib.
Onun sözlərinə görə, neft istisna olmaqla, qiymətlər kəskin şəkildə aşağı düşür və İranla hərbi qarşıdurma başa çatdıqdan sonra neftin qiymətində də ciddi eniş olacaq.
“İranla hərbi qarşıdurma başa çatan kimi neftin qiyməti kəskin şəkildə düşəcək”, – Tramp vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 14 Sentyabr 2026 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















