Trampdan İrana zərbələrlə bağlı açıqlama
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
"ABŞ Silahlı Qüvvələri Nümayəndələr Palatasına noyabrın 3-nə planlaşdırılmış aralıq seçki keçirilənə qədər İrana hərbi zərbələr endirməyəcək".
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb.
ABŞ liderinin sözlərinə görə, Vaşinqton Tehranla məhsuldar danışıqları davam etdirir. Bununla belə, Tramp vurğulayıb ki, İranın iqtisadi və hərbi vəziyyəti "çox acınacaqlı haldadır". Diplomatik təmaslara baxmayaraq, İrana qarşı tətbiq edilən blokada tam həcmdə saxlanılacaq.
ABŞ Prezidenti həmçinin Hörmüz boğazı vasitəsilə neft daşınmasının rekord həddə çatdığını bildirib. Onun iddiasına görə, yalnız ötən gecə boğazdan 22 milyon barel neft keçib, lakin bu neftin bir bareli belə İrandan gəlmir və ya İrana getmir.
Bundan əlavə, Tramp Vaşinqtonun Tehranın nüvə silahı əldə etməsinə heç bir halda icazə verməyəcəyini bir daha diqqətə çatdırıb: "İranın nüvə silahı olmayacaq!"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 08 Oktyabr 2026 22:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















