Trampdan müharibəyə səbəb ola biləcək kritik açıqlama: Hamısı vurulmalıdır!
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyası çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən sonra sərt açıqlamalar verib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə jurnalistlərin sualını cavablandırarkən danışıb. Tramp bildirib ki, NATO üzvü ölkələrin hava məkanına daxil olan Rusiya təyyarələrinin vurulması mümkündür.
“NATO ölkələri onların hava məkanına daxil olan Rusiya təyyarələrini vurmalıdır. Mən belə hesab edirəm ki, onların hamısı vurulmalıdır”, – deyə Tramp bildirib.
O, həmçinin Avropa ölkələrini Rusiyadan neft və qaz almağı dayandırmağa çağırıb və yaxın vaxtlarda Macarıstan Prezidenti Viktor Orbanla görüşəcəyini, bu görüşdən sonra Budapeştin də Moskvadan enerji asılılığını kəsəcəyinə inandığını söyləyib.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 24 Sentyabr 2025 00:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















