Icma.az
close
up
RU
Trampdan Zelenski barədə sərt sözlər: “Bunu üç il əvvəl dayandırmalı idi”

Trampdan Zelenski barədə sərt sözlər: “Bunu üç il əvvəl dayandırmalı idi”

Icma.az bildirir, Ayna portalına istinadən.

“Biz onlara məncə, 350 milyard dollar verdik, bəs verilən bu qədər pul haradadır, hara gedib?”

ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində Ukrayna münaqişəsi ilə bağlı danışıb və Kiyevi, Ukrayna Prezidenti Volodimir Zelenskinin siyasətini tənqid edib.

Müsahibədən bir hissəni təqdim edirik:

- Üç ​​il davam edən döyüşlərdən sonra Səudiyyə Ərəbistanında ilkin danışıqlarda yer almadıqları  üçün özlərini xəyanət edilmiş kimi hiss edə biləcək ukraynalılara mesajınız varmı?

- Baş verənlərdən həqiqətən məyus oldum. Mən bunu üç ildir müşahidə edirəm. Bu, prezident olsaydım heç vaxt baş verməyəcək bir müharibədir. Bilirsiniz, İkinci Dünya müharibəsindən bəri nadir hallarda gördüyünüz çox sayda insanlar ölür.

Deyirsiniz, ukraynalılar məyusdurlar ki, onların danışıqlar masasında yerləri yoxdur. Amma üç ildir ki, ondan xeyli əvvəl də yerləri var. Bunu çox asanlıqla həll etmək olardı. Alababat bir danışıqçı bunu illər əvvəl çoxlu torpaq itirmədən, insan həyatını itirmədən və sadəcə olaraq xarabalığa çevrilmiş şəhərləri itirmədən həll edə bilərdi. Deməli, onlar masada yerləri  olmamasından narahat olurlar, demək istəyirəm ki, kimsə çoxdan gedib sövdələşmə aparmalı idi. Mən prezident olsaydım, Putin bunu heç vaxt etməzdi.

- Biz eşidirik ki, Rusiya istənilən sülh sazişini imzalamaq üçün Ukraynanı yeni seçkilər keçirməyə məcbur etmək istəyir. ABŞ bunu dəstəkləyəcəkmi?

- Vəziyyət belədir ki, Ukraynada seçkilər olmayıb, hərbi vəziyyət elan olunub. Ukrayna liderinin, - mən bunu deməyə nifrət edirəm - amma onun reytinqi 4 faizə düşüb və ölkə bərbad vəziyyətdədir. Ölkə böyük bir söküntü meydançası kimi görünür.

Yəni, Rusiya Kiyevə qıymadı, bunu etmədi, çünki oraya çoxlu raket atmaq istəmirlər. 20 faiz etdilər, amma 100 faiz etmək istəsəydilər, yəqin ki, Kiyevin dağılması çox tez baş verərdi. Amma elə şəhərlər var ki, onlar tamamilə dağılıb.

Bəli, mən deyərdim ki, onlar masa arxasında oturmaq istəyəndə Ukrayna xalqı desin ki, bilirsiniz, bizdə çoxdandır seçki yoxdur. Bu, Rusiyanın işi deyil. Mən bunu deyirəm, bir çox başqa ölkələr də belə deyir. Bilirsiniz, Ukrayna sadəcə olaraq məhv edilir.

Prezident Zelenski keçən həftə dedi ki, ona verdiyimiz pulun yarısının harada olduğunu bilmir. Yaxşı, biz onlara məncə, 350 milyard dollar verdik, bəs verilən bu qədər pul haradadır, hara gedib? Mən heç vaxt belə bir hesabat görməmişəm. Ona görə də sülh görmək istəyirəm, daha bütün bu insanların öldürüldüyünü görmək istəmirəm.

Amma bu gün eşitdim, Kiyevdən deyirlər ki, onları danışıqlar masasına dəvət etməmişik. Amma üç il orada idi (Zelenski - red). Bunu üç il əvvəl dayandırmalı idi. Heç başlamamalıydı. Razılaşa bilərdilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://ayna.az
archiveBu xəbər 19 Fevral 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see765

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see504

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see298

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see286

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see273

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see268

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see267

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see265

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see248

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see237

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see225

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see223

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see222

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see220

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see216

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see216

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see215

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see206

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see198

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri