Icma.az
close
up
RU
Trampın 15 maddəlik SÜLH PLANI Yaxın Şərqdə savaş BAŞA ÇATIR?

Trampın 15 maddəlik SÜLH PLANI Yaxın Şərqdə savaş BAŞA ÇATIR?

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

İrana qarşı müharibənin davam etdiyi bir ərəfədə, ABŞ-ın Tehrana sülh planı ünvanlayıb.
Məlumata görə, Vaşinqton İran hakimiyyətinə 15 maddəlik sülh planı göndərib. Sənəd Tehrana Pakistan vasitəsilə təqdim edilib.
 

15 maddəlik plana İrana qarşı bütün sanksiyaların ləğvi, sanksiyaların yenidən tətbiqinin aradan qaldırılması, ABŞ-ın İranın mülki nüvə layihəsinin inkişafına yardım göstərməsi, İranın nüvə proqramının müəyyən çərçivədə dondurulması, onun yalnız mülki və müdafiə məqsədləri ilə məhdudlaşdırılması, mövcud nüvə imkanlarının inkişafının dayandırılması kimi məqamlar da daxildir.


Bundan başqa, sənədə əsasən, tərəflər arasında əlavə regional və təhlükəsizlik razılaşmaları əldə olunmalıdır.
Sözügedən plan üzrə Yaxın Şərqdə sülhün əldə olunması mümkündürmü?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bu cür planla sülhün əldə edilməsini mümkünsüz hesab edir:
“Amerikanın 15 maddəlik sülh planı faktiki olaraq İranın bir dövlər olaraq təkzib olunması deməkdir. Burada İranın əslində diz çökməsi, Fələstini müdafiə etməməsi təklif olunur. Belə təkliflər adətən düşməni əzəndə, məğlub edəndə mümkün olar. İran isə gördüyünüz kimi, təslim olmayıb. Bu mənada da həmin sülh planı boş söhbətdir”.
Siyasi şərhçi Abutalıb Səmədov isə sözügedən planın sülhə gətirib çıxaracağını istisna etmir:
“Prezident Tramp sülh danışıqlarının başlandığını və İranın artıq ABŞ-ın əsas tələblərini qəbul etdiyini bəyan edir. Ancaq danışıqların kiminlə aparıldığını bəyan etməyib. Bununla belə, danışıqların getdiyi barədə Trampın söylədiyi yəqin ki, həqiqətə uyğundur. Tehranın Vaşinqtonun əsas tələblərini qəbul etdiyi barədə deyilənlər isə yəqin ki, şişirdilib”.
Ekspert qeyd edib ki, nüvə proqramı məsələsi həddən artıq ağır məsələdir və İranın bunu qəbul etməsi o qədər də asan deyil:
“Ancaq hər iki tərəf yorulub, onlar müharibədən çıxmağa çalışır. Trampın nüfuzu da xeyli düşüb. Bu da onu qorxudur. İran da iqtisadi və hərbi baxımdan ciddi zərbələr alıb. Ancaq eyni zamanda, hər iki tərəf özünü qalib kimi göstərmək istəyir. Ona görə də razılaşma elə olmalıdır ki, burada hər iki tərəfin özünü qalib görməsi mümkün olsun. Bu mənada 15 maddəlik planın Yaxın Şərqdə sülhə gətirib çıxaracağına ümid yüksək olmasa da, müəyyən dərəcədə ehtimallar var”.
Rüfət Sultan, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Mart 2026 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri