Icma.az
close
up
RU
Trampın açıqlamaları ABŞ İran danışıqlarına zərər vurur AÇIQLAMA

Trampın açıqlamaları ABŞ İran danışıqlarına zərər vurur AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"ABŞ ilə İran arasında danışıqlar birbaşa aparılmır. Prosesdə vasitəçilər iştirak edir. İran vasitəçilərlə görüşür, öz mövqeyini onlara çatdırır, vasitəçilər isə həmin mövqeni ABŞ-yə təqdim edirlər. Eyni qaydada ABŞ-nin mövqeyi də vasitəçilər vasitəsilə İrana çatdırılır və danışıqlar bu formatda davam edir. İranın danışıqların aparılmasını inkar etməsinin əsas səbəbi, görünür, daxili auditoriya ilə bağlıdır. Çünki ABŞ Prezidenti Donald Trampın açıqlamaları İranı çətin vəziyyətdə qoyur. O bildirir ki, İran danışıqlar üçün yalvarır. Dövlət adamı və siyasətçi bu cür bəyanatlar verməməlidir. Belə açıqlamalar danışıqlar prosesinə zərər vura və onu pozmağa yönəlmiş addım kimi qiymətləndirilə bilər".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Abutalıb Səmədov səsləndirdi.

"Ağıllı siyasətçilər yalnız öz mövqelərini deyil, qarşı tərəfin də vəziyyətini nəzərə alırlar. Çünki İran müəyyən güzəştlərə getməlidir və bunun üçün ona daxili auditoriya qarşısında bu addımları əsaslandırmaq imkanı verilməlidir. Əgər bir tərəf deyirsə ki, "İran yalvarır, İran diz çöküb, mən nə istəyirəmsə onu qəbul edir", bu halda İranın müəyyən şərtləri qəbul etməsi də çətinləşir. Bununla belə, danışıqların davam etdiyi görünür. Əsas müzakirə mövzularından biri, şübhəsiz ki, Hörmüz boğazı ilə bağlı məsələlərdir. Boğaz müharibədən əvvəlki rejimdə fəaliyyət göstərməlidir. Yəni heç bir əlavə ödəniş və məhdudiyyət olmadan gəmilər və tankerlər orta dəhlizdən sərbəst şəkildə keçməlidir. İran isə bu ərazidən müəyyən gəlir əldə etmək yollarını axtarır. Hazırda Omanı da prosesə cəlb edərək, müxtəlif xidmətlər qarşılığında gəmilərdən və tankerlərdən ödəniş almaq imkanlarını müzakirə edir. Lakin dünyanın əksər ölkələri buna etiraz edir. Çünki belə yanaşma BMT-nin dəniz hüququ ilə bağlı konvensiyasının prinsiplərinə zidd hesab olunur".

Siyasətçinin fikrincə, İranın bu reallığı qəbul etməməsi və beynəlxalq hüquq normalarına uyğun davranmaması müharibənin yenidən başlanması ehtimalını da gündəmdə saxlayır:

"Ümid etmək olar ki, danışıqlar müəyyən nəticə verəcək, Hörmüz boğazı ilə bağlı məsələ gündəlikdən çıxacaq və bundan sonra nüvə proqramı ilə bağlı danışıqlara başlanacaq. Lakin Trampın və İran nümayəndələrinin açıqlamalarını nəzərə aldıqda, uğurlu nəticənin əldə olunacağına inam azalır. Tamamilə mümkündür ki, danışıqlar yenidən pozulsun və hərbi əməliyyatlar başlasın. Gizli danışıqlara gəldikdə isə, bu cür proseslər açıq danışıqlarla paralel şəkildə aparılır və dünya diplomatiyasında geniş yayılmış praktikadır. Biz bunu həm Ukrayna müharibəsi zamanı, həm də ABŞ-İran münasibətlərində dəfələrlə müşahidə etmişik. Ola bilər ki, hazırda da müəyyən şəxslər vasitəsilə gizli danışıqlar aparılır", - deyə müsahibimiz yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Avqust 2026 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see433

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see409

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see320

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see307

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see274

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see274

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see266

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see261

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see258

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see250

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see249

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see231

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see216

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see214

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see210

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see206

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see206

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see201

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see199

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri