Icma.az
close
up
RU
Trampın andiçmə mərasimində bir ilk yaşanacaq: Bayden qərarından dönmək fikrində deyil

Trampın andiçmə mərasimində bir ilk yaşanacaq: Bayden qərarından dönmək fikrində deyil

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Donald Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasimində ABŞ bayrağı Cimmi Karterin vəfatı səbəbilə yarıya endiriləcək.

Oxu.Az-ın məlumatına görə, Tramp bu barədə "Truth" sosial şəbəkəsində yazıb.

Seçilmiş prezident qeyd edib ki, əgər bayraq yarıya endirilərsə, bu, ABŞ-də prezidentin andiçmə mərasimində ilk belə hal olacaq.

"Heç kim bunu görmək istəmir və heç bir amerikalı bundan xoşbəxt ola bilməz. Görək necə olacaq", - deyə Tramp yazıb.

Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib ki, Ağ Ev bayraqların yarıya endirilməsi ilə bağlı qərarına yenidən baxmaq niyyətində deyil. Brifinq zamanı jurnalistlər ondan Prezident Co Baydenin qərarını dəyişmək ehtimalının olub-olmadığını soruşublar. Ağ Evin nümayəndəsi "Xeyr" deyə qısa cavab verib.

ABŞ-da bayraqlar siyasi xadimlərin və ya görkəmli şəxsiyyətlərin vəfatı ilə əlaqədar yarıya endirilir. Belə ki, 2024-cü ilin yayında Demokrat Partiyasından olan konqresmen Şeyla Linin xatirəsinə Kapitoli üzərindəki bayraqlar yarıya endirilmişdi.

Cimmi Karter bazar günü, dekabrın 29-da Corciyanın Pleyns şəhərindəki evində vəfat edib. O, 100 yaşında idi və ABŞ tarixinin ən uzunömürlü prezidenti olub. Karter həyatının son illərində qaraciyər və beyindəki bədxassəli şişlərlə mübarizə aparıb. Karter 1977-81-ci illərdə dövlət başçısı vəzifəsində çalışıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Yanvar 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri