Icma.az
close
up
RU
TRAMPIN BLEFİ VƏ GERÇƏK PLANI O da Bayden kimi “ikili oyun” oynayacaq, amma...

TRAMPIN BLEFİ VƏ GERÇƏK PLANI O da Bayden kimi “ikili oyun” oynayacaq, amma...

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın öncəki prezidentlərdən fərqli siyasət yürütməsinin səbəbi nəylə bağlı ola bilər? Bəli, onun siyasi qərarları və çıxşıları ilk baxışda xaotik və ziddiyyətli görünə bilər. Lakin onu da güman etmək olar ki, ABŞ-nin yeni prezidentinin üzərinə xüsusi bir missiya qoyulub. Bəlkə,daha dərinlərə gedilsə, aydınlaşar ki, Trampın arxasında duran hansısa kollektiv düşüncə mərkəzi var. Əgər belədirsə,ola bilsin ki, Bayden də həmin mərkəzə bağlı olub...

Tramp menecer kimi həm öz ölkəsi daxilindəki, həm də ABŞ-nin dünya çapındakı maraqlarına əngəl törədən problemləri həll etməlidir. Əlbəttə, ABŞ-nin maraqları xeyli ölkələrdə qəzəb doğurur, ancaq Ağ ev üçün bunun əhəmiyyəti yoxdur. 

Bəs Tramp qarşıya qoyulmuş tapşırıqları yerinə yetirə biləcəkmi? 

Bunu gələcək göstərəcək. İndi isə görünən odur ki, indiki adminsitrasiya İkinci Dünya müharibəsindən bu günə kimi mövcud olan dünya nizamına yenidən baxmaq və 80 illik siyasi-iqtisadi sistemdə dəyişklik aparmaq niyyətindədir. Heç şübhəsiz ki, bu, mürəkkəb və dolaşıq bir proses olacaq, ona görə də gələcək perspektivdə dünya əvvəllər üzləşmədiyi təzadlarla qarşılaşacaq.

Tramp hər şeyin sürətlə və gözlənilmədən həyata keçirilməsinə çalışır. Ancaq hər necə olsa, ortada müəyyən kompleks plan var. ABŞ Prezidenti beynəlxalq arenada görüləcək işlərin anonsunu verməklə yanaşı, öz dayaqlarını möhkəmləndirmək üçün ilk öncə ölkənin içində özünəməxsus şəkildə “təmizləmə” aparır. ABŞ-dəki siyasi, iqtisadi, hərbi və kəşfiyyat qurumlarının yeni dövrə uyğunlaşdırılması prosesinə başlanılıb. Uzun illərdir ki, Demokratlar partiyasının dövlət orqanlarında kök salmış strukturları aradan qaldırılır. Demokratlar partiyasının himayəsində yetişmiş sol proqressivlərin, radikal sol liberalların maliyyə qaynaqları kəsilir, təbliğat kanalları susdurulur və onların başlıca ideoloji platforması sayılan “DEA”-nın(Diversity, equaliyy and inclusion) tətbiqi dayandırılır. USAİD təşkilatının ortadan qaldırılması isə bundan sonra ABŞ-nin beynəlxalq arenada donorluğuna son qoya bilər. Belə görünür ki, rəsmi Vaşinqton pulun nəzarətsiz şəkildə ölkə xaricinə axmasının önünü birdəfəlik dayandırmağı planlayır. Trampın “Make Amerika Great Again” şüarına əsasən ölkə yenidən sənayeləşməli, istehsal potensialı yüksəlməlidir. Ona görə də idxalın tədricən azaldılmasına gediləcək. Tramp ilk növbədə ətraf ölkələrlə haqq-hesab çəkməyə, onlara öz gücünü göstərməyə başlayıb. Praktiki baxımdan ABŞ Prezidenti Kanada və Meksikanı tarif hədəsiylə geri addım atamağa məcbur edib. Bildiyimiz kimi, Kolumbiya Prezidenti də bir saatdan sonra verdiyi bəyanatın əksini səsləndirdi. Düzdür, Tramp müəyyən qədər blefə də əl atır, çünki bunun işə yarayacağını hiss edir. O, dünyaya göstərmək istəyir ki, baxın, iqtisadi tərəfdən sizin hamınız məndən asılısınız və bizimlə razılaşmalısınız.

ABŞ bundan sonra dünya hegemonluğunu gücləndirməyə və güclü müttəfiqlərlə əhatə olunmağa çalışacaq. Şübhə yoxdur ki, ABŞ-nin Amerika qitəsindəki nəzarəti zəifləyərsə, onun Avrasiyadakı geostrateji nüfuzu da xeyli azalar. Trampın komandasında anlayırlar ki, Avropanı iki yerə parçalamq üçün milliyətçi sağ qüvvələrlə işləmək lazımdır. Bir müddətdən sonra həmin qüvvələrin vüsət almasının şahidi olacağıq. Burada sol qüvvələrin miqrant siyasətinin də sağ millətçiliyin yüksəlməsindəki rolunu xüsusi qeyd etmək lazımdır. Trampın komandasında təmsil olunan İlon Masıkın Almaniyanın milliyyətçi ”AfD”(Alternative für Deutschland) partiyasının qurultayındakı videoçıxışı zamanı “alman olmaqla fəxr duyun” ifadəsini işlətməsinin arxasında yatan əsl mətləblər nədən xəbər verir? 1945-ci ildən indiyədək almanlara “günah hissi illə yaşamaq” aşılanıb. Onlara daim deyilib ki, siz bəşəriyyət qarşısında böyük günah işlətmisiniz və gərək hamıya qarşı tolerant davranasınız, ordu qurmaqdan vaz keçəsiniz, yalnız istehsalla məşğul olmalısınız. Elə ona görə də Almaniya siyasətində başlıca yeri sosial həyatın yaxşılaşdırılması və köçkünlərə qucaq açmaq tutub.

Avropa öz təhlükəsizliyini 80 ildir ki, NATO-nun çətiri altında ABŞ-nin ixtiyarına verib. ABŞ də öz növbəsində Avropadakı maraqlarından əl çkməyəcək və onu yeni formada davam etdirəcək, mahiyyət isə öz yerində qalacaq. Tramp təhlükəsizlik məsələləri ilə bağlı Avropadan tələb edir ki, onlar Ümumi Daxili Məhsullarının (ÜDM) 2-3%-ni hərbi xərclərə yönəltsinlər. Avropalılar buna getmək məcburiyyətində qalacaqlar, yoxsa, ABŞ onların müdafiəsindən imtina etsə, Rusiya həqiqətən real təhlükə mənbəyinə çevrilə bilər.

Avropanın siyasəti öz absurdluğu ilə heyrət yaradır. Avropa Birliyi bürokratik nomenklaturasının miqrant məsələsi ilə əlaqədar çıxardığı qərarlar Avropanı qeyri-müəyyən və qaranlıq gələcəyə sürükləyir. Donald Tramp ABŞ-də baş verən nəzarətsiz miqrant axınına qarşı radikal tədbirlər görmək yetkisinə sahibdir. Doğrudan da əgər belə davam etsəydi, 15-20 ildən sonra ABŞ Kolumbiyaya, Puerto-Rikoya dönmək təhlükəsiylə üzləşəcəkdi. Bütün bunların fonunda, əslində, miqrant məsələsi ilə bağlı Avropadakı vəziyyət ABŞ ilə müqayisədə daha ağırdır. Ən nəhayətdə, Avropa özündə güc tapıb ordu quruculuğuna start vermək məcburiyyətindədir. Necə olur ki, Ümumi Daxili Məhslulu təxminən 18 trilyon dollar olan böyük Avropa İttifaqı üç ildir ki, silah sənayesini lazımi həddə çatdıra bilmir? Hərbi xərclərin artırılmasının vacib olmasını anlamaq bu qədərmi çətindir?

ABŞ-nin siyasətində Rusiya Avropanı qorxutmaq üçün istifadə edilə bilər. Bu baxımdan ABŞ-nin Ukraynada gedən müharibəni hansı şərtlər altında durdurmasından çox şey asılıdır. Tramp müharibənin “heç-heçə” bitməsinə çalışarsa, bu, Ukraynanın ərazi itirməsi ilə nəticələnəcək. Rusiyanın işğal etdiyi bütün torpaqlardan çıxarılması isə Putinin sonunu gətirəcək. 

Görünən odur ki, bu reallıqlardan çıxış edən ABŞ-nin yeni administrasiyası da bundan əvvəlki kimi, ikili oyun oynayır, lakin Badyen administrasiyasından fərqli üslubda. Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ dünya üzərində hegemon mövqeyini gücləndirmək üçün planetin hər tərəfində müttəfiqlər tapacaq, sonra isə böyük güclər arasındakı fikir ayrılığından istifadə edəcək. Məşhur “divide et impera” (parçala hökm sür) ifadəsinin müasir formada tətbiqi təəccüb doğurmamalıdır, çünki keçmiş tarix heç zaman itib getmir, o sədəcə, formasını dəyişir.

Vaqif Nəsibov

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Fevral 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see404

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see387

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see293

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see259

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see258

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see231

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see151

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri