Icma.az
close
up
RU
TRAMPIN “UKRAYNANIN KAPİTULYASİYASI PLANI” Kiyev ərazilərindən və ordudan imtina edərək siyasi intihara gedəcəkmi?

TRAMPIN “UKRAYNANIN KAPİTULYASİYASI PLANI” Kiyev ərazilərindən və ordudan imtina edərək siyasi intihara gedəcəkmi?

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Stiven Uitkoff və Kirill Dmitriyevin iştirakı ilə hazırlanmış Ukrayna üçün yeni sülh planında ABŞ Ukraynadan Luqansk və Donetsk vilayətlərindəki bütün əraziləri təslim etməyi və ordusunu yarıya qədər azaltmağı tələb edir. Məlum olduğu kimi, “Financial Times” və “Axios” nəşrləri başda olmaqla, Qərbin aparıcı nəşrləri bu barədə öz mənbələrinə istinadla məlumat yayıblar.

“Axios”-un məlumatına görə, plan Ukrayna Silahlı Qüvvələrinin Donbasın qalan 14% ərazisindən çıxarılmasını və onun hərbsizləşdirilmiş zonaya çevrilməsini nəzərdə tutur. Plana görə, bu ərazidə heç bir tərəf qoşun və ya silah saxlamayacaq. Bunun müqabilində Kreml Zaporojye və Xerson vilayətlərindəki cəbhə xəttini dondurmağa və nəşrin mənbələrinə görə, hətta uğurlu danışıqlar şərtilə bəzi torpaqları geri qaytarmağa razı ola bilər.

Trampın planına görə, ABŞ və digər ölkələr Krımı və Donbası Rusiya ərazisi kimi tanımalıdırlar. Lakin Ukraynadan bu tələb olunmur. Həmçinin, Kiyev rus dilini rəsmi dil kimi tanımalı və Rus Pravoslav Kilsəsinin fəaliyyətinə qoyulan məhdudiyyətləri aradan qaldırmalıdır.

Eləcə də Trampın planına Ukrayna Silahlı Qüvvələri üçün müəyyən silah növlərinə qadağa, Qərbin uzaqmənzilli(Moskva və Sankt-Peterburqa çata biləcək) raketlərinin tədarükünün dayandırılması və Ukraynada hər hansı xarici qoşunların yerləşdirilməsinə qadağa da daxildir.

Artıq əksər müşahidəçilər və ekspertlərin də dediyi kimi, Trampın planı Ukraynanın təslim olmasına - kapitulyasiyasına bərabərdir. Çünki plan, əgər mətbuatda dərc edilən maddələrdən ibarətdirsə, əsasən Kremlin maksimalist tələblərinin siyahısıdır.

Ağ Evdəki mənbə “Axios”-a bildirib ki, Amerika rəsmilərinin məntiqi budur ki, Ukrayna Donbası təslim etməlidir, çünki onsuz da onu itirəcək və buna görə də "indi razılaşmaq onun maraqlarına daha uyğundur".

Qeyd olunur ki, Stiven Uitkoff Amerika təklifini müzakirə etmək üçün Ankarada Vladimir Zelenski ilə görüşməli idi, lakin Ukrayna Prezidenti danışıqları ləğv edib. Ukrayna mənbələrinin məlumatına görə, Zelenski Trampın planını əvvəlcə avropalılarla müzakirə etmək istəyir. Amerikalı bir rəsmi “Axios”-a bildirib ki, Zelenski Ankaraya Avropa ölkələri ilə razılaşdırılmış, lakin "Rusiyanın heç vaxt dəstəkləməyəcəyi" öz planını gətirib. Bu plan isə ABŞ tərəfindən dəstəklənmir. Odur ki, hələ sözügedən planla bağlı heç bir rəsmi açıqlama verilməmiş, artıq proses dalana dirənmiş kimi görünür.

Xatırladaq ki, Tramp planı ilə bağlı ilk açıqlamanı “Axios” yaymışdı. İlk məlumatda Ukraynanın ərazi güzəştlərindən heç bir söhbət getmirdi. Orada əsasən Ukrayna üçün zəmanətlərin yer aldığına dair məlumatlara üstünlük verilirdi. Lakin az sonra işıq üzü görən ikinci yazıda Ukraynanın Donbasın qalan ərazisindən imtina etməsi və digər sərt müddəalar dərc edildi. Maraqlıdır ki, bu materialın altındakı şərhlərdən biri Stiven Uitkoffa aid olub. Uitkoff həmin şərhdə “Bu məlumat K-dan gəlib” yazıb. “K” Vladimir Putinin xüsusi nümayəndəsi və Uitkoffun tərəf müqabili Kirill Dmitriyevdir. Bununla Uitkoff demək istəyib ki, bu məlumat sözügedən planın ABŞ-nin deyil, Rusiyanın görmək istədiyi şəkildə təqdimatıdır. Ardınca Uitkoff həmin şərhini silib. Qərbdəki müşahidəçilər hesab edirlər ki, Uitkoff bu şərhi hamı üçün açıq olan məqalənin altına səhvən yazıb və bu sözlər əslində yazının müəllifi olan tanınmış jurnalist Barak Ravidə ünvanlanıb. Yəni, Uitkoff jurnalistin şəxsi poçtuna yazmalı olduğu şərhi səhvən məqalənin altına yazıb. Bu, o deməkdir ki, mətbuata sızıntılar Dmitriyev və Uitkoffdan gəlir. Həmçinin, gerçək plan hazırda Qərb mətbuatında Dmitriyevin təqdimatında dolaşan plandan fərqli ola bilər.

Bu arada iddia olunur ki, Donald Tramp Rusiya və Ukrayna arasında 28 bəndlik sülh planını təsdiqləyib. Bu barədə “NBC News” telekanalı Tramp administrasiyasının yüksək vəzifəli rəsmisinə istinadla məlumat yayıb. İddia olunur ki, planın hazırlanmasında Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff, vitse-prezident C.D. Vens və hətta Prezidentin kürəkəni Cared Kuşner iştirak edib. "Plan hər iki tərəfə davamlı sülhü təmin etmək üçün təhlükəsizlik zəmanətlərinin verilməsinə yönəlib. Bu plana Ukraynanın davamlı sülh üçün istədiyi və ehtiyac duyduğu şeylər daxildir", - deyə ABŞ rəsmisi iddia edib. Lakin ABŞ rəsmisi planın təfərrüatlarını açıqlamayıb və onun fikrincə, bu plan hələ də prosesdə iştirak edən əsas tərəflərlə danışıqlar tələb edir.

Kirill Dmitriyevə gəlincə, nəşrə son açıqlamasında o, nikbinlik ifadə edib: "Biz Rusiyanın mövqeyinin həqiqətən eşidildiyini hiss edirik. Bu, əslində, nəhayət, yalnız Ukraynada deyil, Avropada uzunmüddətli təhlükəsizliyə necə nail ola biləcəyimizi müəyyən edən daha geniş çərçivə müqaviləsidir".

Bu arada “The Wall Street Journal” yazır ki, Tramp administrasiyası bu planda Qəzza probleminin tənzimlənməsində istifadə etdiyi eyni yanaşmanı tətbiq etməyə çalışır: hərtərəfli plan hazırlamaq və sonra münaqişə tərəflərini onu qəbul etməyə məcbur və təşviq etmək. Qəzet yazır ki, Rusiya üçün təşviq Qərblə iqtisadi münasibətlərin bərpasını, Ukrayna üçün isə yenidənqurma işlərinə kömək etməyi əhatə edəcək.

Bütün bu qeyri-rəsmi, dolaşıq və bəzən ziddiyyətli məlumatların fonunda bu planın və gilzi ABŞ - Rusiya danışıqları mövzusunun niyə məhz indi, özü də kifayət qədər gözlənilmədən ortaya çıxması sualı yaranır. Demək olar, eyni vaxtda Ukraynada Zelenski hakimiyyətinə qarşı korrupsiya ittihamları ortaya atıldı (hansı ki, NABU istintaqın nəticələrini indi yox, bir neçə ay, hətta il sonra da açıqlaya bilərdi), böyük qalmaqal başladı və Prezident Ofisinin mövqeyi sarsıdıldı. Buna paralel olaraq, Ağ Ev Rusiyaya qarşı olduqca ağrılı neft sanksiyaları tətbiq etməklə, “Lukoil”-i iflic, “Rosneft”-i “yarımcan” etdi, Kremlin müharibəni davam etdirmək üçün lazım olan iqtisadi resurslarına ağır zərbə vurdu. Həmçinin, Kremlin bütün hədə-qorxu və xəbərdarlıqlarına baxmayaraq, Rusiyanın dərinlikləri ABŞ raketləri ilə nümayişkaranə şəkildə vurulmağa başladı. Hətta Rusiya Müdafiə Nazirliyi də etiraf etdi ki, zərbələr ABŞ-nin ATACMS raketləri ilə endirilir. Lakn ötən il, Baydenin dövründə bu cür zərbələrə “Oreşnik”-lə cavab verən Kreml bu dəfə həmin “analoqsuz” silaha əl atmadı.

Nəhayət, ABŞ-də “Epşteyn işi”nə impuls verildi, iş tam sürətlə irəliləyir, Konqresdə respublikaçılar belə “Epşteyn faylları”nın açılmasına səs verir, Tramp faktiki olaraq müvafiq qanunu imzalamağa məcbur edilir. “Epşteyn işi” ilə bağlı sual verən jurnalisti “donuz” adlandırmaqdan belə çəkinməyən ABŞ Prezidenti geri çəkilmək məcburiyyətində qalır. Bu üç hadisəni bir sıraya düzdükdə, görmək olar ki, Ukraynaya dair “Tramp planı” mövzusunun ortaya atılması qətiyyən təsadüfi deyil və sanki hər şey bir mərkəzdən idarə olunur. Bu planın gündəmə gətirilməsi hər üç tərəfin – Ağ Evin, Zelenski administrasiyasının və Kremlin maraqlarına uyğun görünür.

Tramp administrasiyası bununla “Epşteyn işi”ni, Zelenski administrasiyası isə korrupsiya qalmaqalını ikinci plana keçirə bilər. Kremlin marağına gəlincə, “Tramp planı” qəbul edilsə, Moskva özünü müharibədə qalib elan etmək üçün ciddi əsas əldə edəcək. Yox, əgər plan Kiyev tərəfindən rədd edilsə, Kreml ümid edə bilər ki, ABŞ administrasiyası Kiyevə dəstəyi azaldacaq, Moskvaya qarşı sanksiyaları yumşaldacaq və sair.

ABŞ administrasiyasında Dövlət katibi Marko Rubio ilə Uitkoff arasında müəyyən qarşıdurma olduğu barədə şayiələr dolaşır. ABŞ - Ruisya danışıqlarının isə iki trek üzrə - Uitkoff-Dmitriyev və Rubio-Lavrov müstəvisində getdiyi bəllidir. Birinci “cütlük” hadisələrin gedişini daha optimist, bəzən xəyalpərəst tərzdə (Məsələn, Dmitriyev ABŞ və Rusiya arasında sualtı tunel tikilməsini təklif edib) təqdim edərkən, ikinci “cütlük” daha realist və məntiqli görünür. Donald Trampın Rusiyaya qarşı sərt sanksiyalar qərarı və Ukraynaya Rusiyanın dərinliklərinə ABŞ raketlərilə zərbə endirmə icazəsi məhz ikinci “cütlüyün” telefon danışığından - Lavrovun Kremlin maksimalist tələblərindən əl çəkmədiyini göstərməsindən və bundan çıxış edən Rubionun Trampa məsləhətindən sonra verilib. Bu da ABŞ Prezidentinin daha çox kimin mövqeyinə stavka etməsindən xəbər verir. Odur ki, Uitkoff-Dmitriyev tandeminin hərəkətləri, açıqlamaları, mətbuata sızdırmaları daha çox kəşfiyyat xarakterli addımlar ola bilər. Konkret qərarlar isə tərəflərin rəsmi orqanları tərəfindən verilir. Bu baxımdan Kremlin sözçüsü Dmitri Peskovun hələlik Alyaska danışıqlarından fərqli heç bir irəliləyişin olmadığını deməsi və ABŞ administrasiyasının hər hansı bir ətraflı şərhdən yayınması Tramp planı ətrafındakı hay-küyün şişirdildiyi qənaəti yaradır.

Digər tərəfdən, tərəflər doğrudanmı sülhə hazır və bunda maraqlıdır? Bir yandan real danışıqalr apardığını və sülhə hazır olduğunu bildirən Kremlin digər tərəfdən Ukraynanı daha amansız şəkildə bombalaması məntiqsiz görünür. Təkcə Ternopola endirilən dünənki raket-terror zərbəsində uşaqlar da daxil olmaqla, 30-dan çox dinc ukraynalı həlak olub. Digər yandan, Zelenski hakimiyyəti üçün Ukrayna ərazilərinin döyüşsüz təhvil verilməsi, ordunun iki dəfə azaldılması və zəiflədilməsi, rus dilinin dövlət dili kimi qəbul edilməsi siyasi intihara bərabərdir və Kiyevin buna gedəcəyi qətiyyən inandırıcı görünmür.

Bir sözlə “Tramp planı” ilə bağlı vəziyyət Trampın özünün şəxsiyyəti kimi qeyri-müəyyən və xaotik görünür. Bu plandan ortaya hansı nəticənin çıxacağı və bu nəticənin nə dərəcədə dayanıqlı və effektiv olacağı yaxın zamanda bəlli olacaq.

Cəlal Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Noyabr 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see386

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see187

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see138

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri