Icma.az
close
up
RU
Trampın bu qərarı dünyanı ayağa qaldırdı: Ən pis ssenaridən daha pisdir FOTO

Trampın bu qərarı dünyanı ayağa qaldırdı: Ən pis ssenaridən daha pisdir FOTO

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Trampın imzaladığı fərman Çinə 34%, Avropa İttifaqına 20%, Vyetnama 46%, Tayvana 32%, Yaponiyaya 24%, Hindistana 26%, Türkiyə və Azərbaycana 10% "qarşılıqlı" vergilər tətbiqini nəzərdə tutur.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bir sıra ölkə və təşkilatlar bu vergi qərarına tənqidi münasibət bildirib.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen tarifləri "qlobal iqtisadiyyata böyük zərbə" kimi qiymətləndirib.

"Nəticələr dünyada milyonlarla insan üçün ağır olacaq. İstehlakçılar bunu dərhal hiss edəcəklər, ən həssas vətəndaşlar xüsusilə zərər görəcəklər. Böyük və ya kiçik bütün müəssisələr ilk gündən mənfi təsirlənəcək” - o bildirib.

Çinin “Global Times” qəzetində dərc olunan rəy yazısında Trampın açıqlaması “vergi şantajı” kimi qiymətləndirib. Çinin Ticarət Nazirliyi ABŞ-nin tətbiq etdiyi tarifləri pisləyib və "qətiyyətli əks tədbirlər" görəcəyini bildirib.

"Bu, birtərəfli zorakılığın tətbiqidir. Bu, təkcə ABŞ-nin öz maraqlarına zərər verməyəcək, həm də qlobal iqtisadi inkişafa və təchizat zəncirinin sabitliyinə təhlükə yaradacaq".

İtaliyanın baş naziri Corciya Meloni ABŞ-nin Avropa İttifaqına (Aİ) gömrük rüsumları tətbiq etmək qərarını “yanlış tədbir” adlandırıb.

Dünya bazarlarını izləyən “Market Watch” "Trampın tariflərinin ən pis ssenaridən daha pis" olduğunu yazıb.

İspaniyanın "El Pais" qəzeti xəbəri "Tramp qlobal ticarət müharibəsi başlatdı" başlığı ilə dərc edib. 
"Tramp bu bəyanatı digər ölkələrin ABŞ-a qarşı qoyduğu maneələrlə bağlı yalan iddialara əsaslanan qəzəbli və intiqam dolu çıxışı ilə etdi. Keçən əsrdə tətbiq edilən ən yüksək tariflər qlobal iqtisadiyyatın gələcəyini qaraldır", - deyə nəşr yazıb.

Britaniyanın "Daily Express" qəzeti isə məlumatı "Breksitdən (Böyük Britaniyanın Avropa Birliyindən ayrılması) sonra Böyük Britaniya Trampın vergilərinin ən ağırından qaçdı" başlığı ilə oxucularına çatdırıb.

Həmçinin Britaniyanın Kiçik Biznes Federasiyası (FSB) qərarın kiçik və orta biznesə "böyük zərbə" vuracağını bildirib. 

Billurə Yunus


 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 Aprel 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see706

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see239

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see159

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see155

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri