Icma.az
close
up
RU
Trampın Cənubi Qafqaz siyasəti: “Kəskin şəkildə nəyinsə dəyişəcəyini gözləmək düzgün olmaz” Yeni Sabah

Trampın Cənubi Qafqaz siyasəti: “Kəskin şəkildə nəyinsə dəyişəcəyini gözləmək düzgün olmaz” Yeni Sabah

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyevin ABŞ-da baş tutan prezident seçkilərinin nəticəsi ilə bağlı "Yeni Sabah"a müsahibəsi:

- ABŞ-da baş tutan prezident seçkilərində Trampın qələbəsinə artıq şəkk-şübhə yoxdur. Sizcə, Tramp adminstrasiyası dövründə ABŞ-ın Qafqaz siyasəti necə olacaq?

- Mən ABŞ-nin Cənubi Qafqaza dair siyasətində hansısa bir kəskin dəyişikliyin olacağını düşünmürəm. Ümumiyyətlə, gəlin etiraf edək ki, Cənubi Qafqaz ABŞ-nin xarici siyasət gündəmində prioritet məsələ deyil. Prioreitet məsələlər Şərqi Avropa, Yaxın Şərq və Çindir. 

- Məhz Trampın prezidentliyi dövründə, Azərbaycan və Ermənistan arasında İkinci Qarabağ müharibəsi baş verdi. Amma bu onun adminstasiya müddətinin başa çatdığı dövrə təsadüf edirdi. İndi isə Donald Tramp seçki kampaniyası dövründə xristian və ermənipərəst tvitlər dərc etməsi diqqət mərkəzinə düşdü. Sizcə, Tramp adminstasiyasının bundan sonrakı siyasəti də tvitlərin məzmunu kimi olacaq?

- Seçkiqabağı kampaniya çərçivəsində bir çox vədlər verilir. Xatırlatmaq istərdim ki, Kamala Harris də təxminən sentyabr ayında ermənilərlə bağlı belə bir bəyanat vermişdi. Ümumiyyətlə, gündəmdə olan sülh sazişi ilə bağlı yəqin ki, mənim tvitimi görmüsünüz. Bu mövzuda Azərbaycanın mövqeyi aydındır. O ki qaldı ermənilərin Qarabağa qayıdışı məsələsinə, bundan imtina etmirik və bu günlərdə Beynəlxalq Ədalət Məhkəməsi yenə işimizə baxacaq.

Biz ermənilərin Qarabağa qayıtması hüququnu inkar etmirik. Sadəcə 2 vacib məsələ var. Birincisi, ermənilər təbii ki, Azərbaycan vətəndaşlığını qəbul və Azərbaycan qanunlarına riayət etməlidirlər. Qayıdış Qarabağda anadan olmuş (yaxud onların övladlarına) və Azərbaycana qarşı hərbi cinayətlərdə iştirak etməyən şəxslərə şamil oluna bilər. İkincisi, qayıdış məsələsini ümumiyyətlə hüquqi kontekstdə qoymaq istəyirik. Burada ayrı-seçkilik və etnik irqçilik olmamalıdır. Yəni azərbaycanlıların da Ermənistana qayıtma hüququndan gedir.

- ABŞ-dakı erməni diasporası seçki öncəsi namizədlərin heç biri dəstəkləmədiyini açıqlamışdı. Bununla belə, erməni lobbisi və diasporunun artıq imzalanması nəzərdə tutulan Bakı ilə İrəvan arasındakı sülh müqaviləsinə hansısa təsiri olacaqmı? 

- Səhv etmirəmsə ilk dəfədir ki, hansısa ABŞ prezidentliyinə namizəd olmuş şəxs erməni kilsəsinin liderinə zəng edir və yaxud bu mövzuda hansısa tvit atır. Amma təkrarən qeyd etmək istərdim ki, kəskin şəkildə nəyinsə dəyişəcəyini gözləmək düzgün olmaz. Ola bilsin ki, Rusiya-Ukrayna münaqişəsində hansısa dəyişiklik baş versin və Rusiyanın mövqeyi güclənsin. Ondan sonra Rusiyanın Cənubi Qafqazda hansı siyasət aparacığını düşünmək daha aktual olacaq.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 06 Noyabr 2024 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri