Icma.az
close
up
RU
Trampın Cənubi Qafqaz siyasəti: “ABŞ üçün bu region əhəmiyyətli deyil” Yeni Sabah

Trampın Cənubi Qafqaz siyasəti: “ABŞ üçün bu region əhəmiyyətli deyil” Yeni Sabah

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

“Donald Trampın əsas xüsusiyyəti ondan ibarətdir ki, o, beynəlxalq hüquqa hörmət etmir. Tramp üçün əsas olan ABŞ-nin mənafeyidir".

Bunu "Yeni Sabah"a müsahibəsində politoloq Zərdüşt Əlizadə deyib.

O, Trampın bütün dünyada bitirəcəyi barədə vədlərini şərh edib.

“Yenidən prezident birinci dövründə asanlıqla Colan Təpələrinin İsrail tərəfindən ilhaqını tanıdı. Beynəlxalq hüquqa baxmayaraq, Qüdsün tam bölünməz şəkildə İsrailin paytaxtı olmasını qəbul etdi. Bütün çağırışlara məhəl qoymadan Suriyanı kimyəvi silah ittihamı ilə bombaladı. ABŞ-ın sabiq administrasiyalarının hazırladığı və imzaladığı bir çox beynəlxalq müqavilələri ləğv etdi. Yəni bu 4 il ərzində də nəyin ABŞ-ın xeyirinə, nəyin ziyanına olduğuna inansa, onu da edəcək. Bütün bunların qarşısında dünya səsini çıxara bilməyəcək, çünki Tramp ən qüdrətli dövlətin başçısıdır.

Rusiya-Ukrayna mələsinə gəlincə isə, əvvəla, Zelenski tək deyil. Onun arxasında Ukrayna xalqı və ordusu var. Digər tərəfdən, Avropanın aparıcı dövlətləri də Zelenskiyə dəstək olmağa davam edir. Onsuz da Trampın və ABŞ-nin dəstəyi həlledici deyil”.

Politoloqun fikrincə, Trampın seçilməsi İran üçün heç də yaxşı şeylər vəd etmir:

“Əlbəttə, Trampın seçilməsi İrana yaxşı heç nə vəd etmir. Çünki Ərəb dünyasında anti-İsrail, antisionist cəbhə tamamilə darmadağın edilib. Ərəb ölkələri Fələstini müdafiə etməkdən boyun qaçırır. Məzlum Fələstin xalqına yeganə dəstək İrandır, amma İsrail hər vəchlə çalışır ki, Tehranı bu məsələdə çıxdaş etsin.

Təbii ki, İsrail yaxşı bilir ki, təkbətək müharibədə İrana bata bilməz. Ona görə ABŞ-la İranın arasında diplomatik və hərbi münaqişə yaratmaq istəyir. Yəni İranın başının üstünü böyük bir təhlükə alıb.

Tramp prezident olandan sonra istisna edilmir ki, İsrail hər hansı təxribata əl atıb müharibəyə başlasın. Bu isə İrana sərf etmir.

Sonda Trampın Cənubi Qafqazla bağlı siyasətinin necə ola biləcəyini deyim. ABŞ üçün bu region o qədər də əhəmiyyətli deyil. İstər Gürcüstan, istərsə də Azərbaycan və Ermənistan onları üçün hansısa ciddi nəsə kəsb etmir. Ona görə də, Trampın prezident olmasının bizim regionda nələrisə dəyişəcəyini düşünmürəm”.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 08 Noyabr 2024 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri