Trampın Çin səfəri öncəsi kritik gərginlik: İran amili gündəmdə...
Sitat.info portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"ABŞ prezidenti Donald Tramp sabah Çinə rəsmi səfərə gedir. Bu səfər İranla müharibə səbəbi ilə bir dəfə təxirə salınıb, indi də Tramp ilkin saziş imzalamağa çalışsa da iranlılar imkan vermədi. Üstəlik Amerika məhkəməsi Trampın tarif qərarını qanunsuz elan etməklə əlini zəiflətdi. Bir çoxları elə hesab edir ki, Çin İran neftindən çox asılıdır, Tramp boğazı bağlasa Çin iqtisadiyyatı çökəcək. Ancaq bu real deyil. Çinin özünün böyük neft istehsalı var, üstəlik əsas ehtiyacını Rusiyadan təmin edir".
Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu deyib.
O bildirib ki, Çin üçün ABŞ böyük bazardır və bundan imtina etmək istəmir: "Ona görə də payızda Cənubi Koreyada baş tutan görüşdə olduğu kimi, hər iki tərəf sərfəli razılaşmaya ümid edir. Bu səfərin əsas hissəsi siyasi rəqabətə bağlı olacaq. Çin və ABŞ Asiya-Sakit okean, həmçinin Qərbi Asiyada-İran ətrafında ciddi maraq toqquşması yaşayır. Trampın ağılsız siyasəti nəticəsində Çin son illərdə Körfəzdə və Yaxın Şərq regionunda ciddi şəkildə möhkəmlənir. Afrikada isə Çinlə məsafəli olan yeganə ölkə Esvatini qalıb. İndidən çox uzaq nəticələrə getmək doğru olmaz, amma baxaq görək Trampın "boğçasında" nə var...".
Nigar,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 12 May 2026 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















