Icma.az
close
up
RU
TRAMPIN “ÇÖPƏ ATILAN” NOBEL MÜKAFATI... Və “kostyumsuz insanla insansız kostyumun qarşıdurması”

TRAMPIN “ÇÖPƏ ATILAN” NOBEL MÜKAFATI... Və “kostyumsuz insanla insansız kostyumun qarşıdurması”

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Oval Kabinetdəki məlum qalmaqalın öncədən hazırlanmış təxribat olduğunu düşünməyə əsas verən çoxlu əlamətlər var. Məsələn, Donald Tramp əvvəlcə Zelenskini qapıda qarşılayarkən, ona xarici görünüşü ilə bağlı replika aydı. Sonra xüsusi olaraq onun “sevimli jurnalisti” kimi tanınan və ona aid “Real America's Voice”-də çalışan Brayan Qlennin Zelenskiyə sual verməsinə imkan yaratdı. O da əsas, həlli vacib problemləri bir tərəfə ataraq, “sizin kostyumunuz yoxdurmu” kimi təxribatçı, gündəliyə aidiyyatı olmayan mənasız bir sual verdi və onu ABŞ-yə qarşı hörmətsizlikdə günahlandırdı.

Həmin vaxt vitse-prezident Vens Zelenskiyə baxıb gülümsəyirdi... Ancaq nədənsə bu sual Ağ Evə oğlu ilə birgə “kepkada”, “futbolkada” və “krasovkada” gələrək, özünü “düşük” aparan Maska, yaxud belə görüşlərdə kostyum geyməyən Hindistan Baş nazirinə, ərəb şeyxlərinə, bəzi Afrika liderlərinə verilmir.

Ardınca da Ağ Evin protokoluna görə ümumiyyətlə bu görüşdə danışmalı olmayan və hazırda bütün dünyada faşist görüşlü ultra-sağçı siyasi qüvvələrin himayədarına, hətta simvoluna çevrilməkdə olan Vensin Trampla birləşərək Zelenskinin üzərinə hər cür diplomatik etiketlərdən, siyasi mədəniyyətdən, ədəbdən uzaq hücumu başladı. Kimsə buna çox gözəl ad qoyub: “Kostyumsuz insanla, insansız kostyumların qarşıdurması”.

Bəli, insan kostyum tapacaq, amma qarşı tərəfdəki insansız kostyumun içi necə ki, indi boşdur, elə boş da qalacaq...

Dünyanın ən amansız və qaniçən ordusu ilə döyüşən, hər gün yüzlərlə vətəndaşını, ərazilərini itirən, qanı axan, lakin sınmayan bir dövləti təmsil edən adamdan bu cür alçaldıcı münasibətə hansı reaksiyanı gözləmək olardı?

Bəli, Zelenski məlum görüşdə daha mülayim, sözəbaxan ola, ona ünvanlanan danlaqları “başıaşağı”, dinməz şəkildə qəbul edə, uzağı, sonda bir-iki kəlmə standart ifadələr işlədib, vəziyyətdən çıxa bilərdi. Lakin hələ əvvəlcədən düşünülmüş bu təxribatın Zelenskinin susqunluğu ilə asanlıqla bitəcəyini, ittiham və alçaldıcı münasibətin haralara qədər gedib çıxacağını kimsə dəqiq deyə bilərmi?

“Zelenskinin reytinqi 4 faizdir”, “Zelenski seçkisiz diktatordur” və sair bu kimi tamamilə əsassız, saxta iddialardan, “sizin kostyumunuz yoxdur?” kimi atmacadan, ardınca da onu aşağılamağa hesablanan yüksək səs tonlu “çəmkirmələrdən” sonra Zelenskidən soyuqqanlılıq, təmkin, gülərüz mimika tələb etmək insafsızlıq olardı...


ABŞ tarixinə qara hərflərlə yazılacaq bu görüşdən sonra Tramp təyyarəsinə minib, öz villasına, istirahət etməyə getdi. Zelenski isə az qala yarısı viran qoyulmuş, hər gün insanları həlak olan, yaralanan, saysız-hesabsız ağır problemlərlə üz-üzə qalan və dünyanın siyasi xəritəsindən silinməsi üçün çalışılan Ukraynaya qayıdacaqdı. Ukrayna alçaldılmış, əzilmiş, aşağılanmış bir Prezidenti necə qəbul edərdi? Elə trampistlərin də məqsədi onu Ukraynaya məhz bu cür “sındırılmış” şəkildə göndərmək, ukraynalılarda ona nifrət, inamsızlıq yaratmaq, ona olan-qalan dəstəyi də azaltmaq idi. Ümumilikdə isə bu, trampçıların Ukarynaya qarşı hörmətsizliyinin, hətta nifrətinin təzahürü idi və Putinlə bacarmayan Trampın öz uğursuzluğuna, bacarıqsızlığına görə məsuliyyəti Zelenskinin üzərinə atması, onu “qurbanlıq keçi” qismində güdaza vermək istəməsi kimi göründü...

Amma bunlar hələ də anlamaq istəmirlər ki, Ukraynanı ayaq üstə saxlayan, müharibənin ən ağır günlərində belə sınmağa, məğlub olmağa qoymayan onun toplum halında şərəfi, ləyaqəti olub. Bu ləyaqəti ukraynalıların gözündə iki ədəbsiz, prinsipsiz, mənəviyyatsız, avantürist kimi görünən iki tipin ayaqları altına atmaq mükünsüz idi. Hətta Zelenski bunu istəsəydi belə...

Nəticədə ortaya çıxan səhnə bu oldu ki, Tramp Vensin dəstəyi ilə öz eqosunu, yekəxanalığını, ədasını müdafiə edirdisə, Zelenski daha çox özünü yox, ölkəsinin ləyaqətini müdafiə etmiş oldu.

Görünən odur ki, Kanada, Qrenlandiya, Qəzza və s. daxil omaqla, əl uzatdığı hər işin “içinə edən” Tramp komandası bu dəfə də Ukrayna, Zelenski məsələsində “yandırdı” və tamamilə əks effekt aldı.

Özünə vurğun narsist, yekəxana, qeyri-adekvat tipi ilə yuxuda da “Nobel mükafatı” görən Trampın bu arzusu böyük ehtimalla gözündə qaldı və “çöpə atıldı”. ABŞ-ni bu cür biyabırçı, rəzil sifətdə təmsil edən və bütün mənəvi dəyərlərə, prinsiplərə tüpürən birisinə nə zamansa sözügedən mükafat verilərsə, həmin mükafatın son zamanlar zatən gözdən düşmüş dəyəri daha da ucuzlaşaraq, “bir qara qəpiklik” olar...

Siaysətçi və idarəçi kimi kifayət qədər çatışmazlıqları olsa belə, Zelenskini Ağ Evdəki qarşıdurmadan sonra Böyük Britaniyada az qala qəhrəman kimi qarşıladılar. Bu, Avropanın kimin tərəfində olduğunu göstərdi. Hətta Avropanın riyakar, ikiüzlü liderləri də ayılmağa, anlamağa başlayır ki, artıq ABŞ-yə qəti bel bağlamaq olmaz. Bu, ABŞ-nin Avropanı tərəfdaş, müttəfiq kimi itirməsini daha da sürətləndirir və Vaşinqtonu geosiyasi baxımdan zəiflədir. Hamı başa düşür ki, Trampın apardığı ayrımçı, izolyasionist siyasət, işğalçının qarşısında “quyruq bulamaq”, vəziyyəti “malalamaq” sülhü deyil, növbəti dünya müharibəsini yaxınlaşdırır. Tarix təkrarlanır. Necə ki, 20-ci əsrin əvvəllərində ABŞ-nin Avropaya münasibətdə yürütdüyü izolyasionist siyasət sonda ard-arda iki dünya müharibəsinə gətirib çıxardı, bu dəfə də eyni siyasət eyni nəticəni vermək ərəfəsindədir...

Əlbəttə ki, Zelenskiyə ondan tərif, məddahlıq və “çox sağol” gözləyən, bunu bəhanə edib onun üstünə hücuma keçən Trampla Vensə ətraflı cavab vermək üçün imkan verilmədi.

Əgər əvvəl hamı “ABŞ Ukraynanın əli Rusiyaya qarşı döyüşür”, deyirdisə, indi Trampın və ətrafındakıların sayəsində yaranan mənzərə “ABŞ Rusiyanın əli ilə Ukraynaya qarşı döyüşür” kimi görünür...

İmkan verilsəydi, hər halda Zelenski bu iki qeyri-adekvat fiqurdan soruşardı ki, şəxsən onlara nəyə görə “çox sağol” deyilməlidir? Baydenin vəd etdiyi və rəsmən imzaladığı hərbi yardımı, o prezidentlikdən gedəndən sonra dayandırmaq istədiklərinə görəmi “çox sağol” deməli idi?

Yoxsa, Konqresdə Vens başda olmaqla, Trampın göstərişi ilə Respublikaçıların Ukraynaya yardımın əleyhinə səs verdiklərinə, nəticədə Ukraynanın 6 ay silahsız buraxılmasına, onun əks-hücumunun boğulmasına və böyük itkilər verməsinə görəmi?

Bəlkə hələ Rusiya ilə danışıqlar başlamadan işğal olunan ərazilərin Ukraynaya qaytarılmayacağını və onun NATO-ya üzv olmayacağını bəyan etdiklərinə görəmi, işğalçı Rusiyanı G7-yə dəvət etdiyinə, Putini təriflədiyinə görəmi, nəhayət, Putinlə birləşib Ukraynanı parçalamaq cəhdinə görəmi?


Şəxsən Tramp Ukrayna üçün nə vaxtsa məhdud sayda tank vurmağa “Javelin” verməkdən başqa nə edib ki, bu gün də əvəzində Ukraynanın onun qarşısında az qala diz çökərək, dəfələrlə “çox sağol” deməsini tələb edir? Yeri gəlmişkən, ABŞ-nin “CNN” kanalı Zelenskinin bu günə qədər rəsmi görüşlərdə 33 dəfə(!) ABŞ-yə təşəkkür etdiyini tarixlərlə, videofaktlarla bu gün nümayiş etdirib...

Əlbəttə, tarixə düşəcək Ağ Evdəki bu qarşıdurmanın üzərindən bir neçə gün keçəndən sonra ara sakitləşəcək. Bəli, Ukrayna üçün çətin olacaq, zatən onsuz da asan deyildi. Amma Qərbin, xüsusilə də Avropanın artıq bu ölkəni birmənalı və daha güclü şəkildə müdafiə etməkdən, ona daha böyük yardımlar etməkdən başqa seçimi qalmır. Hətta Zelenskinin gələcək seçkidə yeganə və ciddi rəqibi sayılan Valeri Zalujnı belə, “Ukrayna təslim olmayacaq, döyüşəcəyik” deyirsə, həm Trampın, həm də Avropanın Ukraynanı “sındırmaq” yox, Rusiyaya öz yerini göstərən hansısa digər variantlar üzərində işləməkdən başqa yolu yoxdur...

Artıq çoxları Zelenskinin Ağ Evdəki dirənişini bütünlükdə planetdəki “qara camaatın” dünyanı idarə edən siyasi alverçilərə, möhtəklirlərə, ümumilikdə çirkin, prinsipsiz, yalançı, ikiüzlü siyasi eliatalara üsyanı kimi qəbul edirlər...

Siyasət hər nə qədər çirkin, riyakar “peşə növü” olsa da, onun predmeti, daşıyıcısı insandır və bəzən bu insan Zelenski kimi səhvlərdən sığortalanmayan, lakin sadə, açıq, emosiyalarını gizlədə bilməyən biri də ola bilir. Və nə qədər qəribə olsa da, sıravi Yer kürəsi sakininin məhz beləsinə simpatiyası daha çox olur, nəinki çoxsifətli, sözünün, şərəfinin, ləyaqətinin bir qara qəpiklik dəyəri olmayan “siyasət qurdlarına”(bəzən də “çaqqallarına)...

Elxan Qüdrətoğlu

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:42
embedMənbə:https://azpolitika.info
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Novosibirskdə nadir Chevrolet Caprice satılır

09 Mart 2025 22:43see251

Sanksiyalar cəhənnəmi : Senator Qrem ABŞ Konqresinə Rusiya ilə bağlı qanun layihəsi təqdim edəcək

10 Mart 2025 16:06see225

Üç BÜRC üçün mart ilin ən pis ayı olacaq

10 Mart 2025 00:04see151

Qalatasaray səfərdə geridönüş etdi VİDEO

10 Mart 2025 00:55see150

Pomidor bir neçə xərçəng növünə qarşı faydalıdır

10 Mart 2025 05:16see146

Bu sahədə Ermənistan hələ də qeyri konstruktiv mövqe sərgiləyir DTX rəisi

10 Mart 2025 18:51see144

Niyə ruslar yeni avtomobilləri daha az alırlar?

09 Mart 2025 23:05see139

Mask X ə hücumda Ukraynanı günahlandırdı

11 Mart 2025 03:29see130

Süni intellekt oruc zamanı qəbizliyin qarşısını almağın ən optimal üsullarını söylədi...

10 Mart 2025 06:24see127

Mark Karni Vaşinqtona xəbərdarlıq etdi

10 Mart 2025 08:27see124

İnfarktın gizli əlamətləri aşkar edilir...

09 Mart 2025 23:17see119

Azərbaycanlıların tarixi torpaqlarına dinc və ləyaqətli qayıdışı...

11 Mart 2025 07:36see118

Xərçəngdən əziyyət çəkən ifaçı “Səs”ə qatılıbmış…

09 Mart 2025 23:19see114

Bir həftədə 2 şagirdin faciəvi SONU: Günahkar KİMDİR?

10 Mart 2025 00:13see113

ABŞ ilə Ukrayna arasında resurs müqaviləsi bu həftə imzalana bilər

10 Mart 2025 18:27see112

Mançester Yunayted Arsenal la heç heçə etdi, Çelsi dən qələbə

10 Mart 2025 00:34see111

Bakıda ağır QƏZA: BakuBus yük maşınına çırpıldı

10 Mart 2025 08:21see111

Xersona raket atıldı ölənlər var

09 Mart 2025 23:11see111

Amerikalı basketbolçu Ordu da

10 Mart 2025 14:18see111

ABŞ və Rusiya Ukraynaya alternativ seçim imkanı vermir

10 Mart 2025 20:20see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri