Icma.az
close
up
RU
Trampın dəvəti və Əliyevin cavabı: Qlobal aktorluğun yeni mərhələsi

Trampın dəvəti və Əliyevin cavabı: Qlobal aktorluğun yeni mərhələsi

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycanın “Sülh Şurası”na qoşulması yeni geosiyasi reallığın nəticəsidir. BMT Təhlükəsizlik Şurasının 17 noyabr 2025-ci il tarixli 2803 saylı qətnaməsi ilə ABŞ Prezidenti Donald Trampın 29 sentyabr 2025-ci ildə elan etdiyi “Qəzza üçün Hərtərəfli Plan”ın dəstəklənməsi qlobal siyasətdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Bu qərar yalnız Yaxın Şərq üçün deyil, bütövlükdə qlobal sülh və təhlükəsizlik sistemi üçün də “yenidən formatlanma” deməkdir. Bu formatın mühüm elementlərindən biri isə “Sülh Şurası”, “Sülhün İdarə Edilməsi Şurası” və “Qəzza İdarəetmə Şurası” adlı üç strukturdur. Bu yeni arxitektura Qəzzadakı münaqişənin həllində qlobal aktorların daha konkret və məsuliyyətli rol oynayacağına işarə edir.

Bu strukturda Azərbaycan Respublikasının “Sülh Şurası”nın təsisçi üzvü kimi qəbul edilməsi sadəcə rəmzi bir addım deyil. Bu, Azərbaycan dövlətinin qlobal geosiyasətdə mövqeyinin yüksəldilməsi, Bakı modelinin beynəlxalq səviyyədə qəbul edilməsi və Azərbaycanın regional aktordan qlobal aktora çevrilməsinin əyani göstəricisidir”.
 Bunu Ölkə.az-a açıqlamasında  Milli Məclisin deputatı Kamran Bayramov deyib.
Deputat deyib ki,  Azərbaycan “Sülh Şurası”na qoşulmaqla qlobal oyunda yeni status qazandı:
“Azərbaycanın “Sülh Şurası”na qoşulması qlobal sülh gündəliyində “müqəddəs” bir yerə sahib olan Yaxın Şərq kimi çox mürəkkəb bir bölgədə iştirak deməkdir. Bu, bir neçə mühüm məqamı ortaya qoyur: 

-Azərbaycan artıq yalnız Cənubi Qafqazın lideri deyil.
-Azərbaycan qlobal sülh və təhlükəsizlik sisteminin aktiv aktoruna çevrilir.
-Bakı yalnız regional, qlobal səviyyədə də sülh proseslərinin formalaşmasında rol oynayır.
Bunun ən açıq sübutu isə Azərbaycan Prezidentinin Donald Trampa ünvanladığı məktubdur. Məktubda Azərbaycan “Sülh Şurası2na qoşulmağı “qarşılıqlı hörmətə əsaslanan faydalı tərəfdaşlığın və Azərbaycanın qlobal sülh və sabitliyin təşviqində rolunun tanınması” kimi qiymətləndirir. Bu, beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin rəsmi şəkildə tanınmasıdır”.
Deputat hesab edir ki, bu addım Azərbaycanın beynəlxalq nüfuzunun və mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcək:

“Belə ki, Azərbaycanın bu rolu, onun beynəlxalq siyasətdə “orta güc” kimi qəbul edilməsinin önünü açır. “Orta güc” termini siyasi analitiklər tərəfindən ən çox diplomatik bacarıq, neytrallıq və balanslaşdırılmış siyasət kimi xarakterizə olunur. Lakin Azərbaycan artıq bu çərçivədən çıxaraq, qlobal sülh gündəliyinə təsir edən aktor statusuna yüksəlir.

Davos forumunda Prezident İlham Əliyevin mesajları və regionda sülhün təmin edilməsinə yönələn strateji yanaşması artıq beynəlxalq aləmdə qəbul olunmuş bir model kimi təqdim olunur. Davosdan sonra isə bu modelin qlobal səviyyədə “sınaqdan keçirilməsi” başlayır: Azərbaycan Yaxın Şərq kimi yüksək riskli bir regionda sülh quruculuğu prosesinə daxil edilir.
“Sülh Şurası”na qoşulmaq Azərbaycanın beynəlxalq siyasətdə “güc” və “etibar” kapitalını artırır. Bu, bir tərəfdən Azərbaycanın diplomatik imkanlarını genişləndirir, digər tərəfdən regionda sülh proseslərinin formalaşmasında onun sözünün çəkisini artırır.
 Digər tərəfdən Azərbaycanın “Sülh Şurası”na qoşulması ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələyə keçdiyini göstərir. ABŞ tərəfindən Azərbaycan “qlobal sülh proseslərinin tərəfdaşı” kimi qəbul edilir və bu, rəsmi olaraq ölkəmizin beynəlxalq siyasi mənzərədəki yerinin möhkəmlənməsi deməkdir.

Bu, həm də Azərbaycan üçün diplomatik “leverage” yaradır. Belə ki, Bakı artıq qlobal proseslərdə “söz sahibi” olan tərəf kimi görünür və bu, Azərbaycanın maraqlarının daha geniş spektrdə müdafiə edilməsinə imkan yaradır.
Odur ki, “Sülh Şurası” Azərbaycan üçün strateji üstünlüklə yanaşı, əlavə məsuliyyət də yaradacaq. Bu addım Azərbaycanın yalnız imicinə deyil, həm də məsuliyyətinə təsir edir. Çünki “Sülh Şurası”nın təsisçi üzvü olmaq, eyni zamanda münaqişələrin həllində real addımların atılması deməkdir.

Bu, Azərbaycanın mövqeyinin “sülh və ədalət” kimi universal dəyərlər üzərində qurulmasını daha da möhkəmləndirir. Azərbaycan artıq təkcə regionda yox, qlobal səviyyədə sülhün təminatçısı kimi tanınır.
 

Davos forumu Azərbaycan üçün yalnız bir platforma deyil, qlobal siyasi reallığın dəyişdiyi məkan oldu. Prezident İlham Əliyevin Davos mesajları və “Sülh Şurası”na qoşulmaq qərarı bir-birini tamamlayan iki addımdır.
Bu, Azərbaycan üçün yeni bir “geosiyasi yüksəliş” mərhələsidir. Bakı artıq regionun qapısı deyil, qlobal sülh və təhlükəsizliyin qurulmasında aktiv rol oynayan, qlobal siyasətin yeni mərkəzlərindən biri kimi qəbul edilir”.
Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://olke.az
archiveBu xəbər 21 Yanvar 2026 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri