Icma.az
close
up
RU
Trampın əcaib planı əbədi savaş ssenarisidir: Ukraynadan ərazilərini və sərvətlərini alıb, təhlükəsizlik vəd edirlər

Trampın əcaib planı əbədi savaş ssenarisidir: Ukraynadan ərazilərini və sərvətlərini alıb, təhlükəsizlik vəd edirlər

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-ın son təşəbbüsləri üzrə sülhə və ya savaşa doğru istənilən addım həm münaqişə tərəflərinin, həm də vasitəçiliyə cəhd göstərən beynəlxalq siyasi iradə mərkəzlərinin səbir və manevr resurslarını ciddi sınağa çəkəcək... Ukrayna savaşının sülh variantından uzaqlaşaraq, qlobal hərbi-siyasi xaosa yol açma ehtimalı indi mümkün ssenarilər sırasındadlr və "Tramp planı" artıq yeganə çıxış yolu hesab olunmur...

Ukrayna savaşının dayandırılması üzrə ABŞ-ın sülh təşəbbüsü həlledici mərhələyə yaxınlaşlr. Belə ki, tezliklə bu hərbi münaqişənin ya sülh yolu nizamlanacağı, ya da geosiyasi realıqların mövcud təsirləri ucbatından qeyri-müəyyən müddətə uzana biləcəyi ehtimal olunur. ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Rusiyaya ardıcıl səfərləri iki ölkə liderləri arasında intensiv mesaj trafikinin olduğunu göstərir. Və bu, Ukrayna savaşının dayandırılması prosesinin o qədər də asan olmayacağını da biruzə verir.

Hər halda, ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həllinə dair son bəyanatları, böhranın tənzimlənməsi prosesinin nə qədər mürəkkəb və çoxşaxəli olduğunu bir daha nümayiş etdirir. Ağ Ev sahibinin sözlərinə görə, ABŞ bu prosesin yekunlaşdırılması üçün son tarix təyin etməyib, çünki əsas məqsəd problemin mümkün qədər tez və effektiv həllinə nail olmaqdır. Və prezident Donald Tramp əvvəlki bəyanatlarına düzəliş edərək, bildirib ki, vaxtilə bu münaqişəni bir gün ərzində həll edə biləcəyi ilə bağlı iddiası, sadəcə, şişirdilmiş xarakter daşıyırdı.

Əslində isə Ağ Ev sahibi bu yeni mövqeyi ilə Ukrayna savaşı ətrafında yaranmış vəziyyətin mürəkkəbliyini nəzərə alaraq, Tramp administrasiyasının daha realist yanaşma məcburiyyətində qaldığını biruzə verir. ABŞ prezidentinin Ukrayna böhranının əsas səbəbi kimi rəsmi Kiyevin NATO-ya inteqrasiya cəhdini göstərməsi, Ukraynanın bu hərbi-siyasi alyansa üzvlük perspektivinin qeyri-real olduğunu vurğulaması, Ağ Evin münaqişəyə baxışında prioritet dəyişiklikləri ön plana çıxarır.

Digər tərəfdən, prezident Donald Tramp beynəlxalq hüquqa görə, Ukraynaya məxsus olan Krım yarımadasının Rusiyanın tərkibində qalacağına dair də qəti mövqe bildirib. Eyni zamanda, Ağ Ev sahibi Ukrayna böhranı üzrə Rusiya ilə aparılan danışıqları "çox yaxşı" adlandırıb. Tramp adminstrasiyası hesab edir ki, məhz bu mövqe ilə ABŞ Ukrayna münaqişəsinə daha praqmatik və geosiyasi reallıqlara uyğun yanaşmış olur.

Maraqlıdır ki, Ağ Ev aprelin 17-də prezident Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkof vasitəsilə ABŞ-ın münaqişənin həlli üçün hazırladığı yeni planı Fransa, Ukrayna və Avropa Birliyinə təqdim edib. Həmin plana əsasən Ukrayna savaşı daimi atəşkəs elan edilməklə, dayandırılmalıdır. Rəsmi Kiyev NATO-ya üzvlük ambisiyalarından imtina etməlidir, ancaq Avropa Birliyinə inteqrasiya hüququna sahib olmalıdır.

Digər tərəfdən, Ağ Evin planı Ukrayna üçün genişmiqyaslı və etibarlı təhlükəsizlik zəmanətləri nəzərdə tutur. Bu zəmanətləri Avropa Birliyi ölkələri və digər beynəlxalq tərəfdaşlar təmin etməli olacaq. ABŞ Krım yarımadasının Rusiyaya məxsusluğunu de-yure tanıyacaq. Ağ Ev Donetsk, Luqansk, Zaporoje və Xerson vilayətlərinin bir hissəsi üzərində Rusiyanın faktiki nəzarətini də qəbul edəcək. Ukrayna Xarkov vilayətində, Zaporoje AES-də və Kaxovka su anbarında nəzarəti bərpa edəcək və Dnepr çayı üzərindən maneəsiz keçid hüququ qazanacaq.

İqtisadi istiqamətlərdə isə ABŞ Ukraynanın yenidən qurulmasına dəstək verəcək, mineral resursların birgə işlənməsi təmin ediləcək. Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə ləğv olunması nəzərdə tutulur. ABŞ və Rusiya arasında iqtisadi əməkdaşlığın bərpa edilməsi təşəbbüsü də sənəddə əksini tapıb. Və bütün bunlardan belə anlaşılır ki, əslində, Ağ Ev Ukraynanın böyük itkiləri hesabına Rusiyaya genişmiqyaslı güzəştlər paketi hazırlayıb.

Təbii ki, rəsmi Kiyev savaşın dayandırılmasında maraqlı olsa da, Ağ Evin Ukraynanı böyük strateji itkilərə məruz qoya biləcək planı ilə razı olmadığını da gizlətmir. Belə ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın irəli sürdüyü bəzi əsas şərtlərlə razılaşmadığını bildirib. O, vurğulayıb ki, Ukrayna işğal olunmuş əraziləri Rusiya torpaqları kimi tanımayacaq. Prezident Volodimir Zelenski xatırladıb ki, yalnız Ukrayna xalqı öz ərazi bütövlüyü haqqında qərar verə bilər və bu məsələ ölkə konstitusiyası ilə qorunur. Və prezident Volodimir Zelenskinin bu mövqeyi beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olsa da, ABŞ-ın təklif etdiyi planın reallaşdırılmasını əngəlləyə bilər.

Ona görə də, hazırda sülh prosesi Ukrayna savaşınin gələcək inkişaf istiqamətləri ilə bağlı bir neçə ssenari vəd edir.ehtiva edir. Birinci varianta görə, əgər, anlaşma baş tutarsa, Ukrayna və Rusiya müəyyən güzəştlərə razı olsalar, ABŞ-ın təşəbbüsü əsasında mərhələli şəkildə atəşkəs və ərazi problemlərinin tənzimlənməsi başlaya bilər. Bu ssenari beynəlxalq ictimaiyyətin fəal vasitəçiliyi və təhlükəsizlik zəmanətləri ilə müşayiət olunsa, uzunmüddətli sabitlik perspektivləri istisna edilmir.

İkinci varianta görə, əgər, rəsmi Kiyev Ukraynaya olduqca ciddi ərazi itkiləri vəd edən ABŞ-ın sülh planını qətiyyətlə rədd edərsə, onda savaşın daha uzun müddət davam etməsi ehtimalı arta bilər. Hətta ABŞ və Avropa Birliyinin Ukraynaya məcburi dəstəyi davamlı olsa belə, savaşın uzanması həm iqtisadi, həm də siyasi cəhətdən tərəflərə sarsıdıcı zərbələr vəd edir. Eyni zamanda, daha uzaq perspektivdə situasiyanın Cənubi Osetiya və Dnestryanı bölgələrdə olduğu kimi, "dondurulmuş münaqişə" modelinə keçə biləcəyi də istisna deyil. Belə bir ssenari hərbi əməliyyatların azalmasına imkan versə də, tam hüquqi həll variantı tapılmadan regional sabitliyi davamlı olaraq, təhdid edəcək.

Nəhayət, Ukraynanı qətiyyən qane etməyən "Tramp planı" qəbul olunmasa belə, digər beynəlxalq aktorların, məsələn, Avropa Birliyi və yaxud Çin kimi böyük dövlətlərin alternativ diplomatik təşəbbüslərlə çıxış etməsi də mümkündür. Bu halda, yeni vasitəçilik formatları yarana və münaqişənin həlli üçün fərqli variantlar da axtarıla bilər. Və bu baxımdan, Ukrayna savaşının dayandırılması prosesinin ABŞ-ın nəzarətindən çıxma ehtimalı da qətiyyən istisna deyil.

Belə anlaşılır ki, Tramp adminstrasiyası ABŞ-ın sülh planını Ukrayna savaşının siyasi-diplomatik həllində ən effektiv və qarşılıqlı kompromis variant kimi təqdim etsə də, onun reallaşma ehtimalı barədə danışmaq hələ çox tezdir. Çünki həm münaqişə tərəflərinin, həm də vasitəçilərin ziddiyyətli mövqeləri, ölkədaxili siyasi məhdudiyyətlər və beynəlxalq hüququn tələbləri bu prosesin çətin və çoxvariantlı ola biləcəyini göstərir.

Yəni, sülhə və ya savaşa doğru atılacaq istənilən addım həm münaqişə tərəflərinin siyasi iradəsini, həm də vasitəçiliyə cəhd göstərən beynəlxalq siyasi iradə mərkəzlərinin səbir və manevr resurslarını ciddi şəkildə sınağa çəkəcək. Üstəlik, Ukrayna savaşının sülh istiqamətindən uzaqlaşaraq, qlobal hərbi-siyasi xaosa yol açma ehtimalı da mümkün ssenarilər sırasında yer alır. Və bu baxımdan, artıq detalları məlum olan "Tramp planı"nın Ukrayna savaşının dayandırılması üçün yeganə variant ola biləcəyi qətiyyən inandırıcı görünmür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 Aprel 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see372

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see254

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see181

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see164

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see154

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see137

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see133

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see132

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see121

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see119

Trampla Netanyahunun görüş yeri və vaxtı bəlli oldu

08 Dekabr 2025 19:46see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri