Icma.az
close
up
RU
Trampın İlham Əliyevə ünvanladığı fikirlər ölkəmizin və prezidentimizin beynəlxalq nüfuzunun göstəricisidir

Trampın İlham Əliyevə ünvanladığı fikirlər ölkəmizin və prezidentimizin beynəlxalq nüfuzunun göstəricisidir

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Azərbaycan Prezidenti İlham Əliyev oktyabr ayı ərzində dörd dəfə dünyanın müxtəlif konsepsiyalarda, fərqli coğrafiyalarda keçirilən beynəlxalq sammitlərdə və zirvə toplantılarında iştirak edib. Məlum olduğu kimi, prezident oktyabr ayının əvvəlində ilk olaraq Avropa Siyasi Birliyinin Kopenhagendə keçirilən sammitində iştirak etdi. Daha sonra həmin səfərin ardınca Türk Dövlətləri Təşkilatının Azərbaycanda, Qəbələdə keçirilən zirvə toplantısında iştirak etdi. Ardınca, 9-10 oktyabr tarixlərində Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin dövlət başçılarının Düşənbədə keçirilən zirvə görüşündə iştirak etdi və nəhayət, hazırda Misirin Şarm Əl-Şeyx şəhərində keçirilən beynəlxalq əhəmiyyətli tədbirdə iştirak etdi. Bu tədbir həm də Prezident İlham Əliyevin dünyanın ən nüfuzlu liderləri sırasında yer aldığını bir daha göstərir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyevə Azərbaycan Prezidenti İlham Əliyevin oktyabr ayında etdiyi səfərlərdən və Misirin Şarm Əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammitində iştirakından danışarkən bildirdi.

Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın İlham Əliyevə ünvanladığı fikirlər də ölkəmizin və prezidentimizin beynəlxalq nüfuzunun göstəricisidir:

"Müharibədən yeni çıxmış, ərazilərini işğaldan azad etmiş, zəfər qazanmış və bu zəfərdən sonra sülh missiyası ilə beynəlxalq platformalara çıxan bir ölkə olaraq Azərbaycanın belə tədbirlərdə iştirakı xüsusilə əhəmiyyətlidir. 12 oktyabrda Şarm Əl-Şeyxdə keçirilən və birbaşa Qəzzada müharibənin dayandırılması, qan tökülməsinin qarşısının alınması kimi önəmli məsələlərin müzakirə olunduğu tədbirdə Azərbaycanın iştirakı ölkəmizin beynəlxalq aləmdə artan rolunu və nüfuzunu bir daha nümayiş etdirir. Bu da Azərbaycanı münaqişələrin ədalətli və davamlı həllində söz sahibi olan və ola biləcək ölkələr sırasında önə çıxarır. Bütün bu uğurlar, təbii ki, illərin siyasi təcrübəsinə, idarəetmə bacarığına, hadisələri praqmatik qərarlarla öncədən dəyərləndirmək qabiliyyətinə və dünya siyasətini dərindən bilmək kimi mühüm keyfiyyətlərə əsaslanır".

Deputat qeyd etdi ki, Prezident İlham Əliyev seçilmiş xüsusiyyətləri ilə bu gün dünyanın nüfuzlu liderlərindən biri kimi tanınır və qəbul olunur.

"İlham Əliyev ilk növbədə, regionda və dünyada sülhün, tolerantlığın tərəfdarı kimi tanınır. Onun rəhbərlik etdiyi ölkə, Azərbaycan, demokratiya prinsiplərinə əsaslanan, bütün vətəndaşlarına bərabər hüquqlar tanıyan, insan hüquq və azadlıqlarını qoruyan bir dövlətdir. Ölkədə sosial vəziyyətin yaxşılaşdırılması üçün mühüm və inqilabi layihələr həyata keçirilir. 30 ildən artıq müddətdə işğal altında olan torpaqlarını 44 gün ərzində azad edən, daha sonra 23 saat ərzində suverenliyini bütün ölkə ərazisində bərpa edən Azərbaycan bu gün həmin torpaqlarda misli görünməmiş miqyasda quruculuq işləri aparır. Bütün bu uğurların mərkəzində Prezident İlham Əliyevin daxili və xarici siyasət kursu, uğurlu diplomatiyası dayanır. Məhz bu səbəbdən, cənab İlham Əliyev bu gün dünya miqyasında fenomen bir lider kimi qəbul olunur və nüfuzu durmadan artır. Bu isə Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirir", - deyə Jalə Əliyeva vurğuladı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Oktyabr 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see185

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see163

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see152

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see151

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri