Icma.az
close
up
RU
Trampın NATO ilə bağlı mesajı təsadüfi deyil

Trampın NATO ilə bağlı mesajı təsadüfi deyil

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


"Trampın ölkəsinin NATO-dan ayrılması ilə bağlı mesajlar göndərməsi təsadüfi deyil və həmçinin bu açıqlamaları emosional çıxışlar hesab etmək olmaz. Bu açıq şəkildə strateji siqnaldır və heç şübhəsiz ki, arxasınca və irəlidə ciddi siyasi addımların atılması gözlənilir".
Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, bu mesajın məhz indiki vaxtda səsləndirilməsi ABŞ-ın yürütdüyü siyasətə qarşı gələn Avropa İttifaqı ölkələrinin tutduğu mövqe ilə daha çox əlaqəlidir:
"Bu mesajı da Avropaya növbəti təzyiq aləti olaraq qiymətləndirmək olar. Avropa ölkələrinin NATO daxilində kifayət qədər maliyyə və hərbi kontingentə sahib olmadığını nəzərə alsaq və Trampın NATO-da xərclərin böyük hissəsini ödəməkdən imtina etmək xəttini dəfələrlə önə çəkməsi, əsas verir deyək ki, ABŞ NATO-dan çıxarsa, təşkilatın dağılma ehtimalı yüksək olacaq. Bunun baş verməməsi üçün Avropanın NATO-ya ciddi rəqəmdə pul ödəməsi Tramp tərəfindən şərt olaraq irəli sürülməkdədir. Riskli bəyanatdır, amma müttəfiqləri hərəkətə gətirmək üçün diplomatik addımdır. Tramp xarici xərcləri azaldaraq kifayət qədər ölkəsinin kassasına pul yığa bilən siyasətçidir və indiki addım da məhz bu istiqamətdə yürüdülən siyasətin davamıdır. Burada həmçinin Avropaya subsidiya verilməsinə də son, mesajı var. Trampın bu ritorikası daxildə çox bəyənilir və seçici bazası üçün kifayət qədər sanballı manevrdir. Həmçinin Rusiya və Çinə yönəlik , NATO daxilində parçalanma siqnalı və ABŞ prioritetlərini dəyişə bilər mesajını verir. Ola bilər ABŞ yeni oyun qurmağa cəhd edir və hər kəs bilir ki, ABŞ NATO-dan çıxarsa, bu dünya üçün qlobal hadisələrə səbəb ola bilər və belə bir vəziyyətdə NATO kağız üzərində qalır".
Ekspert onu da deyib ki, Avropa buna qarşı hərbiləşir, xüsusilə də Almaniya və Fransa öz təhlükəsizliyini təmin etmək məqsədilə hərbi kontingentini artırır və hərbi sistemlərini qururlar:
"Bu gələcəkdə Avropa ordusu ideyasını da reallaşdıra bilər. Bütün bunlara rəğmən, Şərqi Avropa ölkələri Rusiya tərəfindən təhlükə ilə üzbəüz qalacaq və Rusiya bu ölkələrə qarşı təsir imkanlarını artırmağa çalışacaq. Turkiyənin qol-qanadın açar və Türkiyə regional güc olaraq müstəqil dövlət siyasətini qurar. Bütün bu ehtimalları nəzərə alaraq demək olar ki, NATO-nun dağılması zəif ehtimaldır, ancaq bu istiqamətdə transformasiya gözlənilir. NATO daxilində parçalanma və fərqli bloklaşmalar yarana bilər. Bu da daha çox formal dağılma yox, funksional dağılma deməkdir".
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:349
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 01 Aprel 2026 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri