Icma.az
close
up
RU
Trampın neft strategiyası: Amerika Hindistanı Rusiyadan uzaqlaşdırır

Trampın neft strategiyası: Amerika Hindistanı Rusiyadan uzaqlaşdırır

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Hindistan ABŞ Prezidenti Donald Trampın tələbi ilə Rusiya neftinin idxalını azaldıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.

O, açıqlamasında "Prezident həmçinin Avropa ölkələrini, müttəfiqlərimizi Rusiya neftini almağı dayandırmağa çağırır" sözlərini işlədib.

Ağ Evin bu bəyanatı son zamanlar yaxınlaşma hiss olunan Hindistan-Rusiya münasibətlərində gərginliyə səbəb ola bilərmi? Hindistanın Trampın çağırışına müsbət cavab verməsinin səbəbi nədir?

Politoloq Tural İsmayılov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Ağ Evin açıqlaması əslində Donald Trampın beynəlxalq siyasətdəki realist və praqmatik yanaşmasının göstəricisidir. O, diplomatiyada sərt dili, amma aydın məqsədi olan liderlərdəndir.

Onun sözlərinə görə, Tramp Hindistanı Rusiya neftindən uzaqlaşdırmaqla, Vaşinqtonun iqtisadi və geosiyasi üstünlüyünü möhkəmləndirmək istəyir. Bu, həm də ABŞ-nin enerji bazarlarında yenidən dominant mövqe tutmaq planının bir hissəsidir. Müsahibimiz hesab edir ki, Hindistanın bu çağırışa müsbət cavabı təsadüfi deyil:

“Dehli Tramp administrasiyasının dönəmində ABŞ ilə münasibətlərin iqtisadi və təhlükəsizlik baxımından daha səmərəli olduğunu görür. Tramp Hindistanla münasibətlərdə “bərabər tərəfdaşlıq” modelini önə çıxarırdı. Bu, indi yenidən canlanır. Onun ritorikası bəzən sərt olsa da, nəticəyə yönəlib. Rusiya ilə Hindistan arasında münasibətlər uzun illər strateji tərəfdaşlıq səviyyəsində idi, amma Qərbin sanksiya təzyiqləri fonunda bu bağ zəifləyib. Tramp bu boşluğu görür və onu ABŞ-nin xeyrinə çevirməyə çalışır. Əslində, o, Hindistanı yalnız Rusiya təsirindən çıxarmır, həm də Çin təsirinə qarşı möhkəmləndirir. Bu yanaşma həm iqtisadi, həm də təhlükəsizlik baxımından Vaşinqton üçün qazancdır".

T.İsmayılovun fikrincə, Trampın siyasətində əsas prinsip "Amerika qazanmalıdır" düşüncəsindən iabrətdir və o, bunu açıq şəkildə bildirir. Hindistanın bu çağırışa müsbət reaksiya verməsi həm də ABŞ-dən texnoloji, hərbi və enerji sahələrində dəstək almaq istəyi ilə bağlıdır.

Tural İsmayılov: Trampın liderlik tərzi ABŞ maraqları üçün maksimum qazancdır

"Bu proses Rusiya-Hindistan münasibətlərində müəyyən gərginlik yarada bilər, amma Tramp üçün bu, geosiyasi məntiqin təbii nəticəsidir. O, balans oyununu öz qaydalarına görə oynayır. Trampın fərqi ondadır ki, o, diplomatiyada sözlə yox, nəticə ilə ölçülür”.

“Beləliklə, Ağ Evin bu bəyanatı bir təsadüfi press-reliz deyil, Trampın beynəlxalq siyasətdəki növbəti strateji gedişidir. Onun liderlik tərzi  həmişə məqsədyönlüdür və ABŞ maraqları üçün maksimum qazancdır", - deyə Tural İsmayılov əlavə edib.

Qeyd edək ki, 2022-ci ildə Ukrayna müharibəsi başlayandan sonra Hindistan, dəniz yolu ilə endirimli qiymətə satılan Rusiya neftinin ən böyük alıcısına çevrilib. 2025-ci ilin ilk doqquz ayında Hindistanın neft emalı zavodları Rusiyadan təxminən gündə 1,7 milyon barel neft idxal edib.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:282
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 Oktyabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri