Icma.az
close
up
RU
“Trampın Netanyahuya xəbərdarlığı və Dohadan sərt cavab“ İsrail mətbuatı

“Trampın Netanyahuya xəbərdarlığı və Dohadan sərt cavab“ İsrail mətbuatı

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"İsrailin Qətərə hücumu yeni böhran yaradıb..."

ABŞ prezidenti Donald Tramp jurnalistlərin sualına cavabında İsrail baş naziri Binyamin Netanyahuya mesaj göndəri : "Onlar çox ehtiyatlı olmalıdır. HƏMAS-la bağlı nəsə etmək lazımdır, amma Qətər hər zaman ABŞ-ın etibarlı müttəfiqi olub".

Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co" nəşri yazıb.

Vaşinqtonun ikili mövqeyi

Tramp əlavə edib ki, şəxsi münasibətlərinə görə Qətərin əmirinə yüksək qiymət verir və Dohanın beynəlxalq imicini yaxşılaşdırması üçün ona məsləhətlər verib. Bununla yanaşı, ABŞ Dövlət katibi Marko Rubio İsraildə rəsmi səfərdə olaraq yaranmış böhranı yumşaltmağa çalışır. O, İsrailin Qətərə zərbəsini Vaşinqtonun xoşuna gəlməyən addım adlandırsa da, bunun ABŞ-İsrail müttəfiqliyini sarsıtmayacağını bildirib.

Dohada fövqəladə toplantı

Eyni gün Qətərin paytaxtı Dohada Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin qapalı iclası keçirilib. Məqsəd İsrailin HƏMAS rəhbərlərinə qarşı Qətərdə həyata keçirdiyi hücuma cavab olaraq ortaq mövqe formalaşdırmaq olub. Qətər xarici işlər naziri və baş naziri Məhəmməd bin Əbdürrəhman əl-Tani hadisəni "dövlət terrorizmi" adlandırıb. Onun sözlərinə görə, hücum ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqların son təkliflərinin müzakirə olunduğu bir vaxtda baş verib və bu, girovların azad edilməsinə dair hər cür ümidləri məhv edib.

Sammitə hazırlanan sərt sənəd

Ərəb və islam ölkələri Dohada keçiriləcək fövqəladə sammit üçün qətnamə layihəsi hazırlayıb. 20 bənddən ibarət sənəddə İsrailin hərəkətləri regionun sülh və sabitliyinə birbaşa təhlükə kimi qiymətləndirilir, Qətərə tam dəstək ifadə olunur və İsrailin vasitəçilik prosesinə hücum etdiyi qeyd edilir. Qətnamədə həmçinin İsrailin bölgəyə yeni reallıq sırımaq cəhdlərinə qarşı tədbirlər görülməsi tələb olunur. Mətbuata sızan məlumatlara görə, sammitdə İsrailə qarşı sərt addımlar - diplomatik və iqtisadi sanksiyalar, hətta münasibətlərin dondurulması belə müzakirə edilə bilər.

Yeni gərginlik dalğası

İsrailin Qətərə hücumu təkcə Fələstin məsələsini deyil, həm də ABŞ-la ərəb-İslam dünyası arasındakı münasibətləri sarsıdıb. Bir tərəfdən Vaşinqton İsrailə "ehtiyatlı olun" xəbərdarlığı göndərir, digər tərəfdən isə müttəfiqliyi davam etdirir. Ərəb dövlətləri isə Dohada birləşərək bu addımı açıq şəkildə "dövlət terrorizmi" adlandırırlar. Açıq qalan sual budur: ABŞ həqiqətənmi İsrailə təsir göstərmək niyyətindədir, yoxsa Trampın xəbərdarlığı yalnız söz olaraq qalacaq?..

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Sentyabr 2025 21:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri