Icma.az
close
up
RU
Trampın oğlu ilə danışan sevgilisini döydü, həbs olundu

Trampın oğlu ilə danışan sevgilisini döydü, həbs olundu

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

London məhkəməsi 23 yaşlı Rusiya vətəndaşı Matvey Rumyantsevi qadına hücum edərək bədən xəsarətləri yetirdiyinə görə dörd il azadlıqdan məhrum edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, onun saxlanılması isə kifayət qədər tez baş tutub. Buna ABŞ-ın keçmiş prezidenti Donald Trampın kiçik oğlu Berronun polisə zəngi kömək edib. O, zərərçəkən qadının tanışı olub.

İstintaq müəyyən edib ki, zərərçəkən London sakini, Rumyantsevin tanışı bir müddət sonra sosial şəbəkələrdə Berron Tramp ilə tanış olub və onunla mütəmadi telefon əlaqəsi saxlayıb. Rumyantsev qadını qısqanmağa başlayıb. 2025-ci ilin yanvar ayında, qadın ABŞ-da olan Berronla videozəng zamanı danışarkən, sərxoş vəziyyətdə olan Rumyantsev evə daxil olaraq onu döyməyə və boğmağa başlayıb. Zəng kəsilmədiyi üçün Trampın oğlu baş verənləri eşidib, London polisinə zəng edərək kömək istəyib. Polis qısa müddətdə hadisə yerinə gəlib və Rusiya vətəndaşını saxlayıb.

Matvey Rumyantsev

2026-cı ilin yanvarında məhkəmə Rumyantsevi fiziki zorakılıqla hücum etməkdə təqsirli bilib. Məhkəmə həmçinin qeyd edib ki, Rumyantsev istintaq təcridxanasından zərərçəkənə hədələyici məktub göndərərək ondan ittihamları geri götürməyi tələb edib. Hökm oxunarkən hakim onu “qısqanclığa meyilli”, “empatiyası və anlayışı olmayan insan” kimi xarakterizə edib. Berron Tramp məhkəmə iclaslarında iştirak etməyib, lakin hakim onun hərəkətlərini “doğru və məsuliyyətli” kimi qiymətləndirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 Mart 2026 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see320

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see291

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see275

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see266

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see266

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see246

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see233

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see229

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see220

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see204

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see203

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see196

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see196

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see192

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see190

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see189

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see187

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see183

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri