Icma.az
close
up
RU
TRAMPIN PUTİNƏ “NEFT SÜRPRİZİ” Deripaskanın proqnozu reallaşa bilər AzPolitika onlayn siyasiictimai qəzet

TRAMPIN PUTİNƏ “NEFT SÜRPRİZİ” Deripaskanın proqnozu reallaşa bilər AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Donald Trampın komandası enerji sektoru üçün yeni böyük plan hazırlayır. Bu plan mayeləşdirilmiş təbii qaz layihələri üçün ixrac icazələrinin verilməsini və ABŞ-də neft hasilatının kəskin artırılmasını nəzərdə tutur.

“AzPolitika” xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Tramp özünün “neft planı”nı gerçəkləşdirmək üçün bundan öncə Co Bayden tərəfindən qəbul edilən iqlim qanunlarını və digər məhdudiyyətləri aradan qaldıracaq.

“Reuters”-in yazdığına görə, ilk prioritetlərdən biri yeni sıxışdırılmış qaz ixrac imkanlarına qoyulan məhdudiyyətlərin götürülməsi, bununla bağlı icazələrin verilməsinin bərpası olacaq. Qeyd olunur ki, Tramp federal torpaqlarda qazma qurğularının gücləndirilməsini və ABŞ-də dənizdə qazma işlərinin yerinə yetirilməsinə icazə verilməsini sürətləndirəcək. O, həmçinin Keystone kəməri tikintisi layihəsinin təsdiqlənməsinə nail olacaq. Sözügedən planın Trampın inauqurasiyasından bir neçə gün sonra təqdim olunacağı gözlənilir.

Artıq rusiyalı milyarder, Putinin yaxın ətrafında təmsil olunan Oleq Deripaska Trampın seçkilərdəki qələbəsini mənfi qiymətləndirib: “Sabahın xeyir, yeni dünya. May ayına qədər neft 50 dollara çatacaq. Görünür, hər yerdə sülh olacaq”, - deyə biznesmen öz sosial şəbəkə səhifəsində yazıb. Bununla da ona eyham vurulur ki, neft ucuzlaşandan sonra Rusiya kimi ölkələrin müharibə aparmaq imkanları məhdudlaşacaq.

Hələ seçkilərdən əvvəl Tramp neft quyularının kütləvi işlənməsinə başlamağa söz vermişdi: “Dünyanın hər hansı digər ölkəsindən daha çox “qara qızılımız” var! Səudiyyə Ərəbistanından, Rusiyadan daha çox”.

O, bəyan etmişdi ki, neftin qiyməti 40 dollar/barrel olduğu halda Rusiya hərbi əməliyyatlar keçirə bilməz. Tramp enerji resurslarını Avropaya sataraq “sərvət qazanacağını” da xüsusi qeyd etmişdi.

Göründüyü kimi, Trampın Rusiyanı və digər rəqiblərini ram etmək üçün hansısa ciddi planlarının olduğu və bu planlarda iqtisadi məsələlərin olduqca önəmli yer tutduğuna dair təsəvvür yaradılır. Bütün bunların nə dərəcədə real və gerçəkliyə uyğun olduğunu isə Trampın prezidentliyinin ilk dönəmlərindən görməyə başlayacağıq. 

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Noyabr 2024 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri