Trampın qələbəsindən sonra səhm fondlarına qoyulan vəsait 140 milyard dollar artıb
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Noyabrın 5-də Donald Trampın prezident seçkilərində qalib gəlməsindən sonra investorlar ABŞ-nin səhm fondlarına təxminən 140 milyard dollar vəsait qoyublar.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Məlumata görə, 2000-ci ildən bəri noyabr ayında belə bir alış sürəti müşahidə olunmayıb.
Qəzet yazır ki, investorların fikrincə, Tramp administrasiyası kütləvi vergi endirimləri, həmçinin, bununla bağlı geniş islahatlar həyata keçirəcək.
Digər tərəfdən, yeni fondların axını ABŞ-nin əsas fond indekslərinin rekord səviyyədə qalxmasına kömək edib. Belə ki, Amerika bazarında 500 ən böyük şirkəti əhatə edən “S&P indeksi” noyabrın əvvəlindən 5,3% artıb.
Qeyd edək ki, bundan əvvəl Tramp maliyyə naziri postuna “Key Square Group” investisiya fondunun rəhbəri, milyarder Skott Bessentin namizədliyini irəli sürüb.
Bu mövzuda digər xəbərlər:Trampın qələbəsindən milyard qazandılar SİYAHI
07 Noyabr 2024 16:21
AB Ukraynaya 140 milyard söz verib, lakin Trampın planı...
22 Noyabr 2025 07:01
Trampın qələbəsindən sonra afroamerikalılar köləliklə hədələndilər
08 Noyabr 2024 13:29
Trampın qələbəsindən sonra ABŞni tərk etdi
21 Noyabr 2024 21:42
Baxış sayı:138
Bu xəbər 06 Dekabr 2024 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















