Icma.az
close
up
RU
Trampın qorxulu sülhü: Avropa öz cəmiyyətini yeni müharibəyə hazırlayır WSJ

Trampın qorxulu sülhü: Avropa öz cəmiyyətini yeni müharibəyə hazırlayır WSJ

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Avropada narahatlıq artır: əgər Ukraynada atəşkəs əldə olunarsa, bu Rusiya ordusunu digər ölkələrə hücum üçün sərbəst buraxa bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır

Hazırda ABŞ prezidenti Donald Tramp Ukraynanın Rusiyayla sülhə nail olması üçün səylər göstərir, lakin Avropanın təhlükəsizlik rəsmiləri açıq şəkildə bildirirlər ki, Rusiya onların ölkələrinə də hücum edə bilər. 

Avropada təhlükəsizlik sahəsindəki rəsmilər və analitiklər mütəmadi olaraq ictimaiyyəti Rusiya ilə potensial hərbi qarşıdurmaya hazırlamağın vacibliyini vurğulayırlar — bu, on il əvvəl ağlabatan görünməyən bir bəyanat idi. 

Avropa paytaxtlarında narahatlıq səsləri eşidilir ki, Trampın təşəbbüsü Ukraynanı ona sərf etməyən sülh sazişinə sövq edə bilər. Onun belə bir sazişin Putinə üstünlük qazandıracağı və Ukraynanı gələcək Rusiya hücumlarına qarşı daha kövrək vəziyyətə gətirə biləcəyi barədə narahatlıqlar var. 

Eyni zamanda, atəşkəs əldə olunsa belə, Rusiya ordusunun Ukraynadakı döyüşdən azad edilmiş resurslarının Avropaya qarşı hücumlarda istifadə olunacağı ilə bağlı qorxular mövcuddur. 

BBC kimi digər mənbələr də bunu təsdiqləyir ki, Avropadakı bəzi rəsmilər faktiki olaraq qarşıdurma riskini artıran geopolitik dəyişiklikləri nəzərə alaraq ictimaiyyəti bu perspektivə psixoloji və praktiki hazır olmağa çağırırlar. 

Fransa, Almaniya, Belçika və Niderland kimi ölkələr artıq könüllü hərbi xidmətin bərpası, təlimlərin gücləndirilməsi, və milli müdafiəyə diqqətin artırılması kimi addımlar atır. Avropa İttifaqı üzvləri həmçinin müdafiə xərclərini artırmaq barədə razılığa gəliblər. 

Bu narahatlıqlar fonunda ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasında Rusiya artıq "əsas düşmən” kimi qeyd olunmur və bu, Avropada ABŞ-ın müdafiə öhdəliklərinə dair sualların yaranmasına səbəb olur. 

"Gallup" tərəfindən ötən il keçirilmiş sorğu Avropada əhalinin yalnız təxminən üçdə birinin öz ölkəsini müdafiə etmək üçün döyüşməyə hazır olduğunu göstərib – bu, eyni ölçüdə ABŞ əhalisi ilə müqayisədə xeyli aşağı göstəricidir. 

Avropadakı bir çox təhlükəsizlik rəsmisi bildirir ki, əgər kanslerlər və siyasətçilər vətəndaşların qurban verməyə hazır olduqlarını görsələr — daha yüksək müdafiə xərclərindən tutmuş xidmətə çağırışa qədər — bu, yalnız hücum real təhlükə doğduqda mümkün olacaq. 

Avropa təhlükəsizlik xidmətləri bildirir ki, Rusiya artıq iqtisadiyyata və infrastruktura qarşı "gri zona” əməliyyatlarını genişləndirib: kibertəhlükələr, sabotaj, informasiya təsirləri və sair kimi metodlarla Avropa iqtisadiyyatına ziyan vurulması və xaos yaradılması məqsəd qoyulur. 

Almaniya rəsmiləri də güman edirlər ki, bu tip hibrid fəaliyyətlər həmçinin NATO-nun şərq qanadında — logistika və qoşun yerləşdirməsində gecikmələr yaratmaq üçün istifadə oluna bilər. 

Əvvəllər NATO-nun baş katibi Mark Rütte bildirmişdi ki, müttəfiqlər Avropanın şərqini Rusiya üçün "növbəti hədəf” hesab edirlər və bunun qarşısını almaq üçün bütün tədbirləri görməli olduqlarını vurğulayıb. 

Keçmiş İsveç xarici işlər naziri Tobias Billström isə əlavə edib ki, Rusiyanın NATO-nun şərq blyanında yaratdığı təhdid heç vaxt yox olmayacaq. 

Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 16 Dekabr 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see278

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see277

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see260

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see236

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see223

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see193

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see187

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri